Fiziki klaviaturaya malik cihaz təqdim edilib

Date:

Paylaş:

Britaniyanın “Planet Computers” şirkəti 2000-ci illərin kommunikatoru və müasir smartfon arasında aralıq mövqe tutan “Astro Slide” cihazını təqdim edib. Bu qurğunun istehsalı üçün vəsait kraudfandinq vasitəsilə toplanılır.

“Astro Slide” adlı qurğu kiçik, amma fiziki klaviaturaya və 5-ci nəsil yüksəksürətli mobil şəbəkələrə qoşulma imkanına malikdir, 6,53 düymlük “Full HD ” (2340×1080) formatlı sensorlu displey, cib kompüteri rejimi üçün irəli-geri çəkilən QWERTY klaviatura, daxili “5G” modemə malik 8 nüvəli “MediaTek Dimensity 1000” çipseti, 6 QB əməli, 128 QB daxili yaddaşla (microSD kartının köməyi ilə artırmaq olar) təchiz edilib.

Cihaz “Android 10” sisteminin idarəetməsi altında işləyir, hərçənd “Linux” distribütivini quraşdırmaq və “Dual Boot” rejimində onu istifadə etmək mümkündür. Mobil şəbəkələrə qoşulmaq üçün eSIM və adi SIM kartlar üçün iki slot nəzərdə tutulub. Əsas kameranın təsvir ölçüsü 48 meqapiksel, ön kamerada isə 5 mp-dir.

©İctnews

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...