Əsas səhifə Satışda olan bizneslər İnvestisiya və Əməkdaşlıq NURVV startapı 9 mln. dollar cəlb edib

NURVV startapı 9 mln. dollar cəlb edib

15
Paylaş

Britaniyanın NURVV startapı  A raundu çərçivəsində qaçış üçün “ağıllı” ayaqqabı dabanlıqlarının istehsalına 9 mln. dollar cəlb edib.

Bildirək ki, startap  idmançıların təri vasitəsilə onlar barədə məlumatlar toplayır.

Əsas səhmdar Hiro Capital vençur fondu olub. Digər tərəfdaşlar isə Britaniyanın Games Workshop şirkəti və LoveCrafts startapı olublar.

Qeyd edək ki, yeni cihaz adi ayaqqabı dabanlıqlarının yerinə yerləşdirilir və beləcə sahibi barədə məlumatlar toplayır.

“Ağıllı” dabanlıqda 32 datçik var. Şirkət, saniyədə min məlumat alındığnı bildirir. Dabanlıqlar qaçış zamanı ayağın bütün hərəkət istiqamətləri barədə müxtəlif öçülər və hesablamalar aparır və onları NURVV Run tətbiqinə ötürür.

İndi insanlar artıq qaçışdan sonra qaçış zamanı olduğu kimi çoxlu məlumatlar toplayırlar. Startapın yaradıcısı təsdiqləyir ki, NURVV Run məşq zamanı hərəkətə düzəlişlər etməyə imkan verir. Dabanlıqlar hətta  ayaqqabının sahibinin zədə aldığını da bilə bilirlər.

Cəlb edilmiş investisiyaları şirkət, NURVV Run-ın dünya bazarında təşviqatına və gələcək elmi araşdırmalara sərf edəcək.