Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Nyu-York fond birjasının sahibkarı “eBay”i almaqdan imtina edib

Nyu-York fond birjasının sahibkarı “eBay”i almaqdan imtina edib

18
Paylaş

Intercontinental Exchange (ICE) şirkəti artıq “eBay”i almağı düşünmür. Bu barədə saytlarında məlumat verilib.

Nyu-York fond birjasının da aid olduğu ICE şirkəti aydınlıq gətirərək bildirib ki, əməkdaşlıqdan imtina qərarı şirkətin gəlirləri barədə hesabatdan sonra baş tutan səhmdarlar toplantısının nəticələrinə əsasən verilib.

Qeyd edək ki,  ICE “eBay”ə görə 30 mlrd. dollar təklif etmişdi – bazar dəyərindən 7% baha.

İmtina xəbərindən sonra şirkətin səhmlərinin qiyməti 3% ucuzlaşır. Amma hal-hazırda şirkətin kapitallaşması 4 fevraldakı göstəricidən 1 mlrd. dollar çox olmaqla 29 mlrd. dollar təşkil edir.