Norveçdə milyonçularının sayı 174 min nəfəri keçib

Date:

Paylaş:

Dünyada dollar milyonçularının sayı azalsa da, Norveçdə bu kateqoriyaya daxil olan insanların sayı artmaqda davam edir. Hazırda 174 mindən çox norveçli dollar milyonçusu hesab olunur.

Norveçli dollar milyonçularının sayı 2007-ci ildən bəri 3 dəfə artıb. Lakin 2017-ci ildən 2018-ci ilədək artım cəmi 2,4 faiz təşkil edib.

Bu göstəricilər “Capgemini” iri konsaltinq və texnoloji şirkətinin “2019-cu ilin dünya sərvətləri barədə məruzə” adlı hesabatında göstərilib. Məruzədə əsas yaşayış yerinin hüdudlarından kənarda 1 milyon həcmində kapital qoyulan əmlaka sahib olan şəxs dollar milyonçusu kimi müəyyən edilir. Hesabatda deyilir ki, Norveçdə zənginlərin orta artım sayı qismən daşınmaz əmlaka qoyulan qiymətlərin tarazlaşdırılması və fond birjalarında artım sürətinin aşağı düşməsi ilə səciyyələnir. İpotekaya və faiz artımına daha ciddi tələblər Norveçin daşınmaz əmlak bazarını ruhdan salır. Bu, həmçinin ölkədə ötən il müşahidə edilən rifah halının şübhəli artımına da səbəb olur. Eyni zamanda, Norveç dollar milyonçularının müsbət artımı müşahidə edilən az sayda olan qərb ölkələrinin sırasına daxildir.

Bununla belə, hesabata əsasən, son 7 il ərzində arasıkəsilməyən artımdan sonra bütün dünyada dollar milyonçularının sayı 0,3 faiz azalıb. Dollar milyonçularının sayının azalması əsasən fond birjalarındakı vəziyyətdən, xüsusən də Cənub-Şərqi Asiya iqtisadiyyatında müşahidə olunan zəifləmədən asılıdır. Eyni zamanda, “Capgemini”də qeyd edildiyi kimi, Brexit və bir neçə nəhənglər arasında gedən ticarət müharibələri bəzi bazarlarda qeyri-müəyyənlik yaradır. Bu, bütün dünyada dollar milyonçularının ümumi aktivlərinin 3 faiz azalmasına gətirib çıxarıb. Ən çox azalma Cənub-Şərqi Asiyadadır, Çinin payına dünyada ümumi azalmanın dörddəbirindən çoxu düşür.

Azalma ən zənginlərin arasında sərvətlərin zəifləməsi ilə əhəmiyyətli dərəcədə bağlıdır. Lakin Yaxın Şərqdə bu meyil ziddiyyət təşkil edir. Burada dollar milyonçularının aktivləri 2017-ci ildən 2018-ci ilədək 4 faiz, dollar milyonçularının sayı isə 6 faiz artıb.

Qeyd edək ki, “Capgemini”nin hesabatına görə, dünyada yaşayan dollar milyonçularından hər on nəfərin altısından çoxu Amerika Birləşmiş Ştatlarında, Yaponiyada, Almaniyada və Çində yaşayır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...