Əsas səhifə Biznes sahələri Texnologiya Hindistan “iPhone”ları satılacaq

Hindistan “iPhone”ları satılacaq

106
Paylaş

“Apple” şirkəti Hindistanda müəssisə açmaqla son vaxtlar “iPhone” smartfonlarının yığılmasını şaxələndirib.

“The Economic Times” nəşri xəbər verir ki, bu, şirkətə yüksək idxal tariflərindən qaçmaqla ölkə bazarında qiymətləri aşağı salmağa imkan verib.

Bundan sonra Hindistanda yığılan “iPhone” smartfonları Avropa bazarlarına da çıxarılacaq.

Nəşr ekspertlərə istinadən yazır ki, “iPhone 6s” və “iPhone 7” smartfonlarının ixrac həcmi ayda 100 min ədəd təşkil edəcək.

Hərçənd dünyada satılan “iPhone”ların sayı hər həftə milyonlarla ölçülür.