“Nokia” yeni “2720 Flip” modelini təqdim edib

Date:

Paylaş:

“Nokia” şirkəti qatlanıb açılan “Nokia 2720 Flip” modelini buraxılışını elan edib.

Bu barədə “Nokia” markasının hüquqlarına malik “HMD Global” şirkətinin saytında yayılmış press-relizdə bildirilir.

Telefon Berlindəki beynəlxalq IFA elektronikası sərgisində nümayiş etdirilib. “Nokia 2720 Flip” 2,8 düym ekranına malikdir, “WhatsApp” və “Facebook” da daxil olmaqla, müasir proqramları dəstəkləyir. Bundan başqa, ona “Google”dən səs assistenti müəyyən edilib. Qurğunun üz tərəfində həmçinin kiçik ekran var.

Qeyd edilir ki, “Nokia 2720 Flip” özündə əvvəlki “qatlanıb-açılma” dizaynını, sadəliyi və etibarlılıq dizaynını birləşdirir. Yeni modelin satışına bu ay başlanılacaq.

O göy, qara və çəhrayı rənglərdə satışa buraxılacaq. “HMD Global”-ın bildirdiyinə görə, yeni modelin qiyməti 89 avro təşkil edəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...