Samsung kriptovalyuta cüzdanlı smartfon buraxır

Date:

Paylaş:

Samsung şirkəti kriptovalyuta cüzdanlı və blokçeyn-tətbiqləri olan Galaxy Note 10 flaqman smartfonlarınınxüsusi versiyasını buraxır. Bu, Klaytn Cənubi Koreya platforması ilə birgə layihə olacaq. Elə bu blokçeyn-platforma ilə əməkdaşlıq şərəfinə smartfon KlaytnPhone adlanacaq. Özəlliyi ondadır ki, alıcılar dərhal bir neçə Klay rəqəmsal valyutası əldə edəcəklər. Cihaz qoşulan kimi adi standart şəkil əvəzinə Klaytn loqotipi görünməyə başlayacaq. Başqa, telefon adi Galaxy Note 10-dan fərqlənməyəcək və onunla eyni qiymətdə olacaq.

Klaytn blokçeyn-tətbiqi, Android  əməliyyat sistemindən istifadə edən istənilən cihazda işləyəcək.  Lakin məhz bu smartfon ondan “tam həcmdə” istifadəyə imkan verəcək. Cihaz ancaq Cənubi Koreyada satılacaq.

Samsung nümayəndəsi WSJ-yə rəy bildirməkdən imtina edib.

Samsung həm də digər bir yeni qatlanan Samsung Galaxy Fold-u satışa verəcək.

Şirkət bu cihazın daha yeni bir versiyasını artıq hazırlayır və onu 2020-ci ildə təqdim edəcək. O, açıq halda adi smartfon kimi görünəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...