Nokia şirkəti Hindistanın elektron kommersiya nəhəngi Flipkart-ın tərəfdaşı olub. Əldə edilən razılıq çərçivəsində Hindistanda Nokia brendinin smart TV-ləri satışa çıxarılacaq. Şirkətlər qiymətlər və buraxılış tarixləri barədə xəbər bildirməyiblər. Bu cihazlarda JBL dinamikası tətbiq olunacaq.
Qeyd edək ki, bu,fin şirkəti Nokia-nın məhz Hindistan televiziya bazarına ilk çıxışıdır.
Flipkart-la əməkdaşlıq Nokia-ya yeni bazar seqmentini mənimsəmək imkanı yaradacaq. Brendin qarşısında yeni üfüqlər açacaq.