“Nissan” avtomobil istehsalçısı “Nissan-Renault” alyansından çıxır

Date:

Paylaş:

“Nissan” şirkətinin top-menecerləri “Renault” avtomobil alyansından çıxmağa hazırlaşırlar. Bu haqda şirkətin rəhbərliyindəki mənbələrə istinadən “Financial Times” məlumat verib.

Bizplus.az qəzetin verdiyi məlumata əsasən bildirir ki,  bu planlar özündə mühəndislik və istehsalat sahələrinin bir-birindən ayılmasını və “Nissan” idarə heyətinin tərkibindəki dəyişiklikləri ehtiva edir. Hər iki şirkətin keçmiş sədri olan Karlos Gonun Yaponiyadan qaçmasından sonra proses daha da sürətlənib.

Mütəxəssislərin fikrincə, “Renault” ilə tərəfdaşlıq “Nissan” üçün toksik olub və şirkətin inkişafını sürükləndirir.

Tərəfdaşların bir-birindən ayrılması, onları satışların aşağı düşməsi və xərclərin artması ilə mübarizə aparmaq məqsədilə yeni əməkdaşlar axtarmağa məcbur edəcək. Mümkün ayrılığın müzakirəsi “Fiat Chrysler” və “PSA” nın birləşməsi, habelə “Volkswagen” və “Ford” alyansının yaranması fonunda gedir.

Xatırladaq ki, “Nissan-Renault” alyansı 1999-cu ildə yaradılmışdır, 2016-cı ildə onlara “Mitsubishi Motors” şirkəti qoşulub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...