Milyarder Maezawa “həyatının peyki”ni axtarır

Date:

Paylaş:

Yapon milyarder Yusaku Maezawa öz Twitter səhifəsində elan verib. O, bildirib ki, onunla birlikdə Aya uçmaq üçün özünə xanım yoldaş axtarır.

Namizəd seçimi AbemaTV striminq xidmətinin nümayiş etdirəcəyi teleşouda həyata keçiriləcək.

Layihənin səhifəsində yazılıb: “ O, çoxdandır kosmosa uçmaq arzusundadır və oraya özəl birisi ilə baş çəkmək istəyir. Maezawa öz “həyat peyki”ni axtarır”.

Saytda həmçinin, qeyd olunub ki, milyarder yaşı 20-dən yuxarı olan tənha qızları da müsabiqədə iştiraka dəvət edir. Onlar “parlaq şəxsiyyətlər” olmalı və “həmişə pozitiv qalmalıdırlar”. Namizəd xanımlar kosmik uçuşlarla maraqlanmalı və kosmonavt hazılığı mərkəzində təlimlərə hazır olmalıdırlar. Bundan başqa qızlar “həyatdan tam zövq almağı bacarmalı” və “bütün dünyaya sülh arzu etməlidirlər”.

Ərizələr yanvarın 17-nə kimi qəbul ediləcək. Namizəd seçimi fevralın ortaları başa çatacaq və bundan sonra seçilənlər milyarderlə şəxsən görüşəcəklər. Martın ortaları isə Maezawa onlarla əlavə görüş təşkil edəcək və həmin ayın sonunda son qərarını bildirəcək.

Milyarder deyib ki, onun artıq 44 yaşı var, ömür isə gedir və özünü tənha hiss etdiyi üçün artıq ömür-gün yoldaşı axtarır. Bu teleşouda iştiraka kosmosdan “sevgi etirafı və dünyaya sülh” elanını ucadan bəyan etmək üçün bir imkan kimi baxır.

Maezawa Elon Musk-ın Space X şirkətinin Aya göndərəcəyi ilk kosmik turisti olmalıdır. Missiya altı gün davam edəcək.  Uçuş 2023-cü ildə başlayacaq, qiyməti isə açıqlanmır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...