Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Nike” yeni krossovkalarının satışını dayandırmağa məcbur olub

“Nike” yeni krossovkalarının satışını dayandırmağa məcbur olub

288
Paylaş
nike

İdman geyimləri istehsalçısı “Nike” krossovkalarının istehsalını dayandırıb. Belə ki,Air Max 1 Quick Strike ayaqqabı modeli üzərində Amerikanın 13 ulduzlu  “Betsi Ross bayrağı”nın təsvir olunmasına görə ictimaiyyətin tənqidinə tuş gəlib. Bu barədə The New York Times xəbər verir.

“Betsi Ross bayrağı” amerikan bayrağının ilk variantı hesab olunur. Bugün o, ABŞ-da sağ qrupların simvoludur, lakin bəzi vətəndaşlar üçünsə bayraq köləlik dövrü ilə əlaqələndirilir.

Ayaqqabının dizaynının tənqidçilərindən biri Amerikan futbolunun oyunçusu Kolin Kapernik olub. O, 2016-cı ildə “Nike” brendinin siması olub. Bu, rasizmə qarşı etiraz əlaməti olaraq, onun ABŞ himni səslənərkən ayağa durmamasından sonra baş verib.

Xatırladaq ki, 26 iyunda şirkət çin dizayneri Yuna Takaxasinin krossovkalarının satışını dayandırıb. Qərar, Instagram-da ayaqqabılar səhifəsində Honq-Konqdakı etirazlara dəstək postunun yer almasına görə olub, “Nike” isə çin bazarını itirmək istəmir.