Britaniya şirkəti Azərbaycan bazarına daxil olur

Date:

Paylaş:

Azərbaycanın «MA Audit LLC» audit şirkəti və onun törəmə strukturu – «MA Consulting LLC” konsaltinq şirkəti Böyük Britaniyada yerləşən “UHY” beynəlxalq auditor və konsaltinq şirkətinin tərkibinə daxil olub. Bu barədə Britaniya şirkətindən məlumat verilir.

“MA Audit MMC-nin “UHY” şirkətinin tərkibinə daxil olması bizim Avrasioya regionunda iştirakımızı genişləndirir, regional təcrübəni daha da zənginləşdirir və ölkə və bölgədə beynəlxalq müştərilərə xidmət imkanlarımızı artırır”, – məlumatda “UHY”-nin direktoru Rik Devidin sözlərindən sitat gətirilir.

O əlavə edib ki, hər iki şirkət hələlik brenmdinqin qəbulu prosesindədir və gələcəkdə “UHY Audit LLC” və “UHY LLC”-yə çevriləcək.

“Şirkətin nüfuzlu brendi ilə uyğun “UHY” şəbəkəsi ilə əməkdaşlıq bizə Azərbaycanda və bütün regionda rəqabət üstünlüyü verəcək. “UHY”-nin bütün dünya üzrə 8,2 min əməkdaşının təcrübə və bilikləri ilə bərabər şəbəkənin qlobal iştirakı nəinki bizim öz imkanlarımızı, həmçinin müştərilərimizin imlanları və onların fəaliyyətini həm yerli, həm də beynəlxalq səviyyədə möhkəmləndirir. Biz “UHY” şəbəkəsində fəaliyyət göstərən digər firmalarla uğurlu əməkdaşlıq sayəsində biznesimizin genişlənməsini səbirsizliklə gözləyirik”, – məlumatda “UHY”-nin Azərbaycanda idarəedici partnyoru Teymur Nağıyevin sözlərindən sitat gətirilir.

1986-cı ildə Londonda təsis edilən “UHY” 99 ölkədə 300-dən çox iri biznes mərkəzində müstəqil mühasibat və konsaltinq firmaların ofisləri ilə aparıcı şəbəkədir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...