Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Nike Celect xidmətini satın alıb

Nike Celect xidmətini satın alıb

132
Paylaş

Startap yarandığı vaxtdan 30 milyon dollardan çox vəsait cəlb edib.

Nike istehlakçıların tələbini qiymətləndirmək üçün süni zəka hazırlayan Celect startapını alıb.

Əməliyyatın məbləği açıqlanmır. Startapın komandası Nike-ın ştatına keçəcək, yaradıcıları isə şirkətin məsləhətçiləri olacaq.

Nike Celect texnologiyasını mobil tətbiqə və sayta inteqrasiya edir. Şirkət belə hesab edir ki, bu, onlara müştərinin krossovka və ya geyimi nə vaxt almaq istədiyini, həmçinin alışı harda və nə vaxt etməyə hazır olduqlarını daha yaxşı təxmin etməyə imkan verəcək.

Nike startapın, istehlakçıların tələbinin qeyri-düzgün qiymətləndirilməsinə görə şirkətin anbarının dolması hallarının sayını azaldacığını gözləyir.