Niderlandın Delft şəhərinin texniki universiteti Somnox robotlaşdırılmış yastığını hazırlayıb. O, tənəffüsü təqlid edir və tez yuxuya getməyə kömək olur.
Yastığı qucaqlamaq kifayətdir və beləcə, o tənəffüs ritminə düşür. Somnox insanın yatıb-yatmadığını müəyyən edən datçiklərlə təchiz olunub. Yastıq özü isə avtomatik olaraq istifadəçinin tənəffüs tezliyinə alışır və tədricən özününkünü yavaşladır.
Robotlaşdırılmış yastıq həm də rahat yuxuya getmək üçün “sakitləşdirici səslər”dən də istifadə edir. Somnox Android və ya iOS tətbiqinə də qoşula və istənilən səsi seçə bilər. Qeyd edək ki, bu yastıq Kickstarter-də 200 min avro-dan çox pul yığıb.