Əsas səhifə Biznes sahələri Texnologiya Xiaomi şirkəti görünməyən ön kamera patentini əldə etdi

Xiaomi şirkəti görünməyən ön kamera patentini əldə etdi

152
Paylaş

  Smartfon istehsalçıları müxtəlif üsullarla ekran ətrafı çərçivələrdən azad olurlar. Dizaynelər üçün bu halda yaranan əsas problem isə ön kameranın smartfon ekranı üzərində düzgün yerdə yerləşdirilməsi olur. Bu səbəbdən əlavə mexanizmlər və ya ekran üzərində çıxıntı hissələr lazım olur. Lakin Xiaomi şirkəti ön kameranın smartfonda yerləşdirilməsi üzrə yeni üsul fikirləşib.

    Bunun sayəsində şirkətin smartfonları yaxın zamanda tamamilə çərçivəsiz ola bilərlər. Bu barədə Gizchina saytı xəbər verib. Şirkət bu məsələ ilə bağlı Çində yeni texnologiyanın patentini əldə edib. Patent sənədlərinə əsasən bu üsul ilə smartfon ekranına ikili ön kamera yerləşdirmək mümkündür. Bununla belə ekran üzərində heç bir çıxıntı hissə yoxdur.

    Xarici görünüş baxımından smartfonun ikili ön kameraya sahib olmasına heç bir işarə yoxdur. Həmin kameralar isə istifadəçinin kamera tətbiqinə daxil olduğu zaman aktivləşirlər. Söhbət hələ ki, patentdən getsə də daha öncədən Xiaomi şirkətinin təmsilçiləri bildirmişdilər ki, şirkət aktiv şəkildə görünməyən ön kameraya sahib smartfon üzərində çalışır.