Netvorkinq nədir? – Yeni rubrika

Date:

Paylaş:

Netvorkinqdən getdikcə biznesdə daha çox istifadə olunur.Sahibkarlar, bir-birinə dəstək olmaq yaxud şəxsi biznesini qurmaq məqsədilə klublara birləşir. Netvorkinq – geniş tərəfdaşlar dairəsi ilə uzunmüddətli münasibətlər deməkdir. Tanışlıq, ünsiyyət nəticəsində təxminən 150 yeni əlaqə qurulur, onlardan ən azı beşi isə faydalı olur. 11 iyunda Networking.Az-ın şəhərimizin iri və orta biznes rəhbərləri, sahibkarları arasında növbəti tədbiri keçirildi. Şəhərimizin biznes cəmiyyətləri, iri və orta biznes rəhbərləri, sahibkarlarının iştirak etdiyi geniş tədbir “Boulevard Hotel Baku”da baş tutmuşdur. Bu, Bakıda getdikcə daha çox istənilən və məşhurlaşan işgüzar görüşlərin yeni formatıdır. Networking.Az tədbirlərinin məqsədi biznes əlaqələri dairəsinin genişləndirilməsidir. Tədbirə giriş pulsuzdur və yalnız əvvəlcədənəsaslı şəkildə tərtib edilən siyahı üzrədir. Tədbir, gecənin iştirakçıları arasında işgüzar görüşlərin və canlı ünsiyyətin təşkili məqsədilə keçirilmişdir. Spikerlərin müxtəlif mövzuda çıxışları isə gecəni xüsusilə maraqlı etmişdir. Bu tədbir Azərbaycanda turizmin inkişafına və roluna həsr olunmuşdur. Gecənin ilk spikeri Turizm.Az-ın müdiri Nəsimi Kərəmov qonaqlara ölkədə xarici və daxili turizmin məşhur istiqamətləri haqqında məlumat verdi. İkinci çıxış edən Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Əhməd Qurbanov isə müasir dövrdə turizmin inkişafı haqqında danışdı. Gecə tarixçi Fuad Axundovun keçən əsrdə Azərbaycanın görkəmli biznesmenlərinə həsr olunmuş çıxışı ilə davam etdi. “Humel” psixoloji mərkəzinin yaradıcısı Tariyel Fazil oğlu isə biznesdə psixologiyanın xüsusi rolu barədə danışaraq, biznesdə psixoloji amilin əhəmiyyətinə də toxundu. Tədbirdə, həmçinin SKODA Azərbaycan-ın nümayəndəsi Samir Güləhmədzadə çıxış etdi və qonaqları brendin son modelləri ilə tanış etdi. Gecənin aparıcısı isə, hər zaman olduğu kimi,Baku Translation şirkətinin və Networking.Az biznes klubunun yaradıcısı Orxan Hacıyev olmuşdur.

Bu rubrika çərçivəsində biz Azərbaycanda fəaliyyət göstərən sahibkarlardan müsahibələr götürəcəyik, onların təcrübələri ilə oxucularımızla paylaşacağıq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...