Nə qədər pis olsa, bir o qədər yaxşıdır

Date:

Paylaş:

Dizaynerlər tərəfindən istifadə edilən çox sayda bədii alət arasında “yanlış düşüncə tərzi” (əks düşüncə tərzi) daha geniş yayılıb. Yanlış düşünmək ənənəvi və ya məntiqi yanaşmaya zidd olan, yanlış hesab olunan həll yollarını axtarmaq deməkdir. Bunlar ətrafdakı insanların gülümsəməsinə və işi itirməyinizə  səbəb olan, lakin bir sıra köhnə problemləri həll etməyə kömək edən ideyalardır.

Genom sıralamasında ən əhəmiyyətli kəşflərdən birini etməzdən əvvəl Fred Senger, ənənəvi yanaşmasını əks yanaşmaya dəyişdi. Sindhartha Mukherjee, “The Gene” adlı kitabında  ” Senger öz strategiyasını alt-üst etdi və DNK-nı parçalamaq əvəzində onu yığmağa çalışdı” fikrini qeyd edir. 1980-ci ildə bu “yanlış düşüncə”, alimin Nobel mükafatına layiq görülməsinə səbəb oldu.

Netflix kanalında “Chef’s Table” şousunun nümayişində tanınmış argentinalı aşpaz Francis Mullman, restoranın rahatlığını Pataqoniyanın təbiətinə dəyişdi. O, ətrafında bir qrup gənc aşpaz yığaraq səyahətə çıxdı. Bir zarafat olaraq, Francis Mullman öz komandasını “qaraçı aşpazlar” adlandırır. “Yanlış düşüncə” şef üçün unikal kulinar təcrübələr keçirmək imkanını yaratdı.

“Design the Work You Love” (“Xəyalındakı işini yarat”) “workshop” un keçirildiyi zaman AutoDesk tədqiqatının iştirakçısı və Maya Design şirkətinin prezidenti olan Mickey McManus, əks düşüncəyə aid təcrübəsindən danışdı. O, öz təcrübəçi Lisa Rotzinger ilə rollarını dəyişdi: Lisa rəhbər oldu, Mickey McManus isə “böyük iş stajına malik olan təcrübəçi”. Mickey bu hərəkətini belə izah etdi: “Liderin rolu super qəhrəman olmaqdan, uçmaqdan və vəziyyəti xilas etməkdən ibarətdir. Lakin edə biləcəyiniz ən yaxşı şey – başqasına kömək etmək, onun sağ əli olmaq və çətinlikləri dəf edərək ona uçmağı öyrətməkdir. Lisa AutoDesk-də işə başladığı zaman, McManus ona araşdırma aparacağı mövzular siyahısını təqdim etdi. Onun sözlərinə görə, Lisa-nın əsas vəzifəsi “mənə məlum olmayan şeyləri tapmaq” dan ibarətdir idi.

McManus-un tətbiq etdiyi bu təcrübə (təcrübəçi super qəhrəman, rəhbər isə onun sağ əli kimi), innovasiyalı həlləri və yeni kəşfləri təşviq edən əsas üç prinsipi realizə edir.

  1. Təcrübəsiz olun. Dzen-buddizmin ustası olan Shunryu Suzuki deyir: “Təcrübəsiz insanlar öz qarşısında bir çox imkanlar görür, işinin ustası isə – yalnız bir neçəsini”. Təcrübəsiz birinə çevrildiyimiz zaman, məsələyə baxışımız dəyişir və yeni imkanlar üçün açıq oluruq. Biz daha çox dinləyirik, maraq göstəririk və hər bir kəsdən yeni nələrisə öyrənməyə şadıq. Bu yanaşma qısa bir zamanda öz bəhrəsini verir.

Yanaşmanın nə dərəcədə innovativ olduğunu anlamaq istəyirsinizsə, təcrübəçinizə növbəti həftədən rəhbər, sizin isə onun köməkçisi vəzifəsini icra etdiyinizi söyləyin.

  1. Başqa insanların təşəbbüskar ola bilməsi üçün şərait yaradın. İnsanlara göstəriş verməyin, onları dinləməyə çalışın. Məsələyə digər mövqedən baxın, bu halda qarşınızda duran çətinlikləri və maneələri asanlıqla aşkar edə biləcəksiniz.

Field Ready qeyri-hökumət təşkilatının rəhbəri olan Dara Dotz, humanitar fəlakətlərdən zərər çəkmiş insanlara yardım etməklə məşğul olur. Field Ready sakinlərə lazımi ehtiyatların istehsal edilməsi üçün tələb olunan təlim və texnologiyaları təklif edir. Fəlakətlərdən zərər çəkmişlərə yardım göstərməzdən əvvəl, şirkət onların ideyalarını diqqətlə dinləyərək nəzərdə keçirir. Beləliklə, zərər çəkmiş insanlar qəhrəmanlara, dizaynerlər və mühəndislər isə onların köməkçilərinə çevrilirlər. Əgər təşəbbüskarlığı komanda üzvlərinin əlinə versəniz, onlar öz ideya və yeniliklərini irəli sürəcəklər.

  1. İyerarxiyadan imtina edin. Mickey öz təcrübəçisi ilə birgə tətbiq etdiyi təcrübə, mövcud olan iyerarxiyanı aradan qaldırmış oldu. Lisa keçirilən iclaslarda CEO-nun yanında əyləşərək, iştirakçılara ona maraqlı olan sualları rahatlıqla verdi. Mickey-nin fikrincə, Lisa 400 nəfərlik auditoriyanın qarşısında çıxış edərək, öz vəzifəsinin öhdəsindən gələ bilmişdir.

Lisa AutoDesk şirkətində bir semestr də işlədikdən sonra, universitet təhsilini davam etdirmək üçün geri döndü. Təhsilini başa vurduqdan sonra, o, şirkətdə köməkçi vəzifəsində çalışmağa başladı. Unutmayın ki, “yanlış düşüncə” ilk baxışdan pis görünən, lakin stereotipləri məhv edən həlləri tapmaq deməkdir. Əgər pis ideyalardan qorxursunuzsa, yaxşı ideyalarda sizdən yan keçəcəklər.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...