Səhvi ona 13,6 min dollar qazandırdı

Date:

Paylaş:

ABŞ sakini lotereya biletində səhvə yol versə də, 13,6 min dollar qazanıb.

Bu barədə UPİ informasiya portalı məlumat yayıb.

Kanzas ştatının Uiçito şəhər sakini Rik Forman “Racetrax” virtual at yarışlarında ilk dəfə iştirak etdiyini etiraf edib.

“Bəxtimi sınamaq istədim. Oyun kartını alıb, bir yürüşə dörd dollar qoydum. Ancaq səhvə yol verdim, çaşıb 10 yürüşə pul qoydum”, – deyə amerikalı xatırlayır.

Xəta etdiyini öyrənsə də, qərarını dəyişməyib və iştirak üçün elə 40 dollar ödəyib. Nəticədə, Forman cekpotun qalibi olub.

“Dördüncü yürüş ən uğurlu olub. Bu səhvə yol verməsəydim, qalib olmayacaqdım”, – deyə o izah edir.

Mükafatı aldıqdan sonra onunla yığılmış borclarını bağlamağı, yerdə qalan hissəsini gələcək üçün saxlamağı planlaşdırır. Ancaq qalibiyyət onun oyuna olan tamahını artırıb. O bundan sonra da virtual ippodromda oynamağa davam edəcəyini bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...