Nəyə görə saat 6-dan sonra pul qazanmaq barədə qərarlar verməməliyik

1
932

MİNLƏRLƏ QƏRAR

İşləmək yoxsa dincəlmək? Evdə yemək yemək ya işə gedərkən yolda qidalanmaq? İşdən sonra dincəlmək yoxsa dostlara əyləncəli bir vaxt keçirmək? Demək olarki hər gün çoxlu qərarlar veririk, əslində əksəriyyəti yalnız yeməyə həsr olunur. Araşdırmalara görə, bu qərarların hər biri, nə qədər əsaslı və ya lazımsız olsa da, bizim doğru və ən vacib qərarlar verməyimizə təsir göstərir.

İşdən sonra necə yorğun olmağı təbiiki işləyənlər daha yaxşı bilər. Unutmayın ki, edəcəyiniz hər bir iş sizin enerjinizin tükənməsinə səbəb olur. Əlbəttə, bu yorğunluqları müəyyən müddət ərzində yoluna qoymaq və işləri asanlaşdırmaq mümkündür. Amma iradə gücümüzün hər istifadəsində zəifləyən məhdud bir resurs olmasını unutmamalıyıq. Gündəlik oxuduğum məqalələr arasında bir iqtisadçı xanımın fikri dediklərimi təsdiqlədi. Amerikada tanınmış universitetərdən biri olan “Yale School of Management” in professor köməkçisi, iqtisadçı Zoya Şansa görə, Gündəlik verilən qərarlar bizim özümüzə nəzarəti zəiflədir, buna görə müəyyən dövr ərzində nə qədər çox qərarlar verilsə, bir sonrakı məsələlər barədə açıq düşünmək məcburiyyətində olduğumuz enerji azalacaqdır”.

Bu tək işləyənlər dəstəsinə aid deyil, bunu idmanla məşğul olanlar üçün də deyə bilərik. Misal olaraq: 10km qaçan birinin iradə gücünün ağır günün sonunda tamamilə silindiyini demək olar. Zehni qabiliyyətimizi bir işə sərf etdiyimiz zaman beyin hissəsindəki qərar vermə fəallığı azalır və bizi yersiz çağırışlara istiqamətləndirir.

Hətta yeni araşdırmalar bu fenomenin maliyyə həyatımıza necə təsir edə biləcəyini ortaya qoyur. Alimlərin fikrincə insanlar zehni yorğunluq zamanı maliyyə qərarlarını təxirə salmaq məcburiyyətindədirlər.

BƏS BUNUN ÜÇÜN NƏ ETMƏLİYİK?

Mümkün olduqca bu tənliyi həyatınıza tətbiq edin. “Özünüzü avtomatik ödəmələrə bağlayın, məsələn : gündəlik 20 manatdan artıq pul xərcləməyin. Yorğun olduğunuz zamanı sizə edilən investisiya sifarişlərini belə sabaha ertələyin. Çünki, edilən təkliflərə nə qədər itirəcəyiniz və yaxud qazanacağınız tipli qərarlar verməyə enerji gücünüz çox olacaq.

Tövsiyyə edərdim ki, öz alış-verişinizi də həftə sonu səhər saatlarında beyninizin təravətli vaxtında edəsiniz. Belə olduğu halda pulunuzu dəyərsiz şeylərə xərcləməkdən yayınacaq və qənaət etmiş olacaqsınız. Ən əsası isə vaxt barəsində diqqətlə düşünün, işdən sonra yorğun olduğunuz zaman ailənizlə gəzinti, kitab oxumaq, film seyr etmək kimi məşğuliyyətlərlə gündən-günə tükənən vaxtınızı dəyərli etmiş olacaqsınız.

Müəllif Farid Hasanli

1 COMMENT