Əsas səhifə Biznes Nəhəng bank Azərbaycana 400 milyon ayırdı

Nəhəng bank Azərbaycana 400 milyon ayırdı

590
Paylaş

Asiya İnkişaf Bankı (AİB) dəmir yolları sısteminin inkişafına 400 mln. dollar məbləğində kreditin ayrılmasını təsdiq edib. Bu barədə bankın saytında məlumat verilir.

“Dekabrın 1-də Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurası “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) 400 mln. ABŞ dolları məbləğində kreditin verilməsini təsdiq edib”, – məlumatda qeyd olunur.

Kredit vəsaitləri hesabına “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin idarəetmə sisteminin gücləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, cəmiyyətin maliyyə aktivliyinin artırılması, ADY-nin yeni korporativ qurumunun yaradılması, eləcə də Bakıdan Rusiya sərhədinə qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulur.


© İnterfaks-Azərbaycan