Əsas səhifə Məqalələr Fərdi inkişaf Mütaliə strategiyası və tənqidi düşüncə

Mütaliə strategiyası və tənqidi düşüncə

130
Paylaş

Yazıçı, müəssisə rəhbəri və ya digər hər hansısa inkişaf (təkmilləşmə) sahəsində çalışan birisi olmağımızdan asılı olmayaraq hər birimizin işi şübhəsiz ki, mətnlərlə bağlı olur: telefonda xəbər yazıları, dərs vəsaitləri, yüzlərlə biznes-hesabat səhifələri. Oxuduğumuzun hamısı tam dərk edilincəyə qədər biz bir hesabatı digərinin ardınca səhifələyə-səhifələyə mütaliə edirik. Amma sadəcə mütailə prosesini sistemləşdirməklə, oxuduğumuzu əlavə güc sərf etmədən başa düşə bilməyi hər birimiz istəyərdik.

Mütaliə prosesinin təkmilləşməsi – hər bir amili dəqiq və tənqidi düşünməyə imkan verən əsas bacarıqdır. Tənqidi düşüncə isə sizə hər məsələdə öz təsirini göstərəcəkdir.

Uilyam Zinser “Yaxşı yazı necə olur” kitabında  deyir: “Aydın düşüncə aydın povest deməkdir, onlar bir-birlərinə bağlıdırlar, biri olmadan digəri də olmur”. Aydın düşüncəyə sahib olmaq üçünsə güclü oxucu olmaq lazımdır. Tənqidi mütaliə strategiyası sizin tənqidi düşünmə qabiliyyətinizi yeni mərhələyə doğru apara və məqsədlərə çatmaqda sizə yardımçı ola bilər. Aydın düşünmə + tənqidi düşüncə = möhkəm aydın yazı.

SQ3R tənqidi mütaliə metodu – survey (qiymətləndirmək), question (suallar vermək), read (oxumaq), recall (yadda saxlamaq) və review( yekun). 1986-cı illərdə bu metoddan istifadə edən yeni başlamış və təkmilləşmiş tələbələr sonralar birinci dərəcəli elm adamlarına və mütəfəkkirlərə çevriliblər.

Ədəbi mətnləri ədəbiyyatın xüsusi dilini nəzərə alaraq asta-asta və diqqətlə oxumaq düzgün yoldur. Amma böyük nəzəri mətnləri başa düşmək hər bir halda çətin olur. Çünki belə yazılarda qəliz hissələr olduğuna görə mütaliənin sonuna gəlib çatanda artıq oxunanların çoxu yadda qalmır. Yaxud da bəzən mətndə əsas ideyalarla ikinci dərəcəli ideyaların fərqini başa düşmək olmur. Bu zaman əsas ideyaları ayırd edən strategiyaya ehtiyac yaranır. Bu zaman SQ3R strategiyası köməyimizə çata bilər. Beləcə, sürətlə oxuya-oxuya eyni zamanda iti təfəkkürə malik olmuş olacağıq və istənilən materialı mənimsəyə biləcəyik. SQ3R strategiyası məhz buna xidmət edir və təkcə tələbələr üçün deyil, çətin mətnlərlə işləyən istənilən şəxs üçün də effektivdir.

Tənqidi düşüncə yeni biliklər qazandırır

Tənqidi düşüncə deməkdir ki, siz sadəcə müəllifin ötürmək istədiyini qəbul etmirsiz. Həm də onun fikirlərinə şübhə ilə yanaşıb, onları öz biliklərinizlə və dünyagörüşünüzlə qarşılaşdırıb müqayisə edirsiniz. Hərdən müəlliflə oxucunun ideyaları üst-üstə də düşür. Amma çox vaxt bu əksinə olur, yəni baxış bucaqları fərqlilik təşkil edir.

Mütaliə yeni açılışlar deməkdir. Mütaliə zamanı yeni mənalar tapmış və biliklər əldə etmiş oluruq. Mütaliəyə tənqidi həyata keçirməklə siz zəif və güclü arqumentləri və ya yanaşmaları müəyyən edə və yeni yollar tapa bilərsiniz. Müəlliflə sizin baxışlarınız ikisi birlikdə sizə yeni biliklər qazandıracaq. SQ3R metodu mətndəki razı qalmadığınız fikirləri müəyyən etməkdə sizə yardımçı olacaq və beləcə, dünyaya baxışınızda da yeni dəyişikliklər olacaq.

Ancaq müəllifin fikirlərini qəbul edib onlarla razılaşmaq passiv mütaliə strategiyasıdır və bu, yalnız təzə-təzə mütaliə etməyi öyərənə balaca uşaqlar üçün vacibdir. Amma artıq böyüdükcə biz həm müəllifin dediklərini başa düşmək həm də öz dünyagörüşümüzü inkişaf etdirmək üçün bie qədər aktiv (təzadlı, müqayisəli) mütaliə etməliyik. Bu zaman yenə də SQ3R metodu köməyimizə çata bilər. Artıq oxumağı bacardığımız üçün bizə onu sadəcə sistemləşdirmək qalır ki, bu prosesi də SQ3R metodu ilə etmək mümkündür. Onunla, oxuduqlarımızı maksimum başa düşə biləcəyik və mütaliəmiz də effektiv olacaq.

SQ3R – tənqidi mütaliə strategiyası

Bu metod pedaqoq-psixoloq Frensis Plesant Robinson tərəfindən irəli sürülüb. Belə ki, onun “Effektiv təhsil” kitabında bu metoddan bəhs olunur. Kitab hərbi qulluqçuların mütaliə bacarıqlarının təkmilləşdirilməsi üçün nəzərdə tutulub. Bu strategiya daha çox qəliz quruluşlu mətnlərə görə əlverişli olsa da  ondan bədii ədəbiyyat və daha da kiçik yazılar üçün də istifadə etmək olar.

1-ci addım – dəyərləndirmək: əvvəlcə sadəcə göz gəzdirirsiniz

İlk addım dəyərləndirməkdir, hərfi mənada desək, materiala baxmaq. Əgər əlinizdəki 1000 səhifəlik mətni olan bir kitabdırsa, əvvəlcə kitaba onu oxumadan, ümumilikdə nəzər yetirin. Üzlüyünə baxın, əvvəl mündəricatını, daha sonra bütün səhifələrini başdan sonadək vərəqləyin. Bir sözlə, kitabla “tanış olun”.

Hərçənd elektron kitablardan istifadə zamanı da bu metoddan istifadə etmək olar, o əsas olaraq kağız kitablar üçündür və elektron kitablara gəldikdə bu birinci mərhələdə sizə bəzi düzəlişlər aparmaq lazım gələ bilər. Məsələn, ən azından mündəricata baxa, kitabın (yazının) həcmini(uzunluğunu), onun strukturunu qeyd edə və mümkün olduğu halda səhifələrini çevirə bilərsiniz. Yəni bu metoddan elektron kitablarda istifadə üsulunu özünüz təyin etməlisiniz.

Kitabı oxumağa tələsməyin. Orada uyğunluqlar olmalıdır. Yəni kitabda siz ideyaların sistematik ifadələrini görəcəksiniz. Rastınıza fəsillər, başlıqlar, altyazılar və s. çıxmalıdır. Məsələn, akademik dərsliklərdə qalın şriftlərlə qeyd olunmuş yeni sözlərə rast gəlmək olur. Başlıqların sonunda qrafiklər, illustrasiyalar ola bilər. Ona görə də kitabı vərəqləyib mətnlə tanış olmaq qarşıdakı strateji mərhələ üçün vacib addımdır.

Mətn kiçik olanda bu, çox az vaxt aparır. Məsələn, esseyə baxın, necə adlanır və müəllifi kimdir. Altyazısı varmı? Neçə paraqrafı var? Boş yerlər varmı? Mətnin hansısa hissələri ayrıca çıxarış edilibmi? Nə oxumanızdan asılı olmayaraq onu dəyərləndirərkən struktura diqqət edin.

İnsan beyni möcüzəvi bir orqandır, o, gördüyü hər şeydə bir qanunauyğunluq axtarır. Mətnə baxmaqla siz beyninizə şüuraltı olaraq, onunla bağlı qanunauyğunluqlarınızı ötürmüş olursunuz. Yəni, beyniniz həmin qanunauyğunluqlarda məna axtarıb tapır. Belə desək, materialı başa düşməsi üçün beyninizə səbəb verirsiniz. Bu sanki kitabın tərkibi strukturunu özündə əks etdirən bir skeletdir.

2-ci addım – suallar vermək: araşdırma planı

Mətndə hər bir altyazı üçün suallar yazın. Onları başlıqların və altyazıların əsasında formalaşdırın. Məsələn, yazı dərsliyində “Yazıya hazırlıq” bölməsi ola bilər, altyazılardan biri isə “Free-writing” kimi ola bilər. Kağızda “Free-writing nədir?” sualını yazın. Beləcə, bütün mətnə baxın və  hər başlıq və altbaşlıqlar üçün suallar yazın.

Bu zaman sizdə həmin suallara cavab yazmaq marağı oyanacaq, xüsusilə də həmin cavablar mətndə də  qarşınıza çıxarsa. Amma hələ ki, tələsmədən siz sadəcə sualları yazıb gözləməlisiniz. Onlara artıq mütaliə zamanı cavab tapacaqsınız.

Qeyd: nəyisə yazılı şəkildə qeyd etmək yaddaşı gücləndirir. SQ3R metodunun tətbiqi də hardasa bunu də özündə əks etdirir, yəni qeydləri kompüterdə deyil məhz kağız üzərində qələmlə aparırsınız.n Amma yenə də qeyd üsulunu özünüz seçə bilərsiniz – qələmlə yoxsa komputerdə yazmaq. Bu qeyd edilən suallardan siz mütaliə zamanı istifadə edəcəksiniz.

3-cü addım – oxumaq: fikrinizi yayındıra biləcək nə varsa kənarlaşdırın və oxumağa başlayın

Bu mərhələ özü də iki mərhələli prosesdən ibarətdir. İlk olaraq karandaşsız oxuyun. Mətnin əsas ideyalarını və quruluşunu aydınlaşdırmaq üçün sadəcə sürətlə oxuyun. Sonra diqqətlə oxuyun və qeydlər aparın.

Karandaşsız mütaliə. Sakit bir yerə çəkilin və materialı oxuyun. Telefon və televizoru söndürün. Bu zaman alçaq səsdə, həzin klassik musiqi də qoymaq olar. Belə ki, araşdırmaçılar belə hesab edirlər ki, klassik musiqi tələbələrdə yüksək emosionallıq yaradır və onların məlumatı daha rahat qəbul etmələrinə şərait yaradır.

Çox oxumaq lazım gələrsə, əvvəlcə mətnə baxın və mütaliəni bir neçə seansa ayırın.

Mütaliə – yaddaşı məşq etdirmə fəaliyyətidir. Özünüzü mütaliəyə kökləməyə 5-10 dəqiqə vaxt gedir. Bundan sonra biz təxminən 40-60 dəq. rahatlıqla və çox “bəhrəli” şəkildə mütaliə edə bilərik. Daha sonra isə ola bilər ki, beynimiz yorulsun və fasiləyə ehtiyac yaransın. Bu zaman 5-10 dəq, istirahət edib dincəlin. Beyninizə dinclik imkanı yaradın. Sonra isə oxumağa davam edin və ya növbəti seansı gözləyin.

Mütaliənin ikinci hissəsi: qeydlər aparmaq. Rəylər mətnin qanunauyğunluqlarını anlamaqda sizə kömək edəcək. Mütaliənin məqsədi – mətnin əsas punktlarını tapmaq. Çox böyük bir mətnin içindən əsas olan yerləri necə bilək? Peşəkar mətn dəqiqliklə və diqqətlə korreksiya (düzəlişlər) edilmiş və tərtib olunmuş olur.

Hətta cümlələr özləri belə yaxşı qurulmuş olur. Detallar və köməkçi materiallar cümlələrin mərkəzində dayanır.

Məsələn, əgər müəllif yazırsa: “Vacib məqam – budur…” və ya “Əsas məqam – budur…” yaxud “Yadda saxlanılmalı olan daha vacib məqam – budur…”, siz artıq həmin kontekstdən bilmiş olursunuz ki, məhz bu məqamı qeyd etmək və ya nişanlamaq lazımdır.

Beləcə, daha vacib məlumatın harda olduğunu bilməklə mövcud məqamları ayıra biləcəksiniz.

İkinci addımda qeyd etdiyiniz sualların cavablarını tapın. Cavabı görüb onu yazın. Əgər cavab birbaşa göstərilməyibsə nəzərdə canlana bilər. Mətndən tapa biləcəyiniz istənilən cavabı qeyd edin.

Qeydlər aparmaqla aktiv surətdə mütaliə edirsiniz. Bütün mətn boyunca yazılar qeyd edin. Öz simvolik qeydlərinizdən də istifadə edə bilərsiniz. Xüsusilə mühüm mətnlərlə işləyərkən daha məqsədəuyğun olar ki, elektron deyil kitabın surəti çıxarılmış yazısından faydalanasınız. Çünki, elektron kitablarla işləyəndə, nə edəcəyinizi, istifadə etdiyiniz “oxucu”nu nəzərə alaraq (rider) bilə bilərsiniz ki, məhz bu mədudiyyətə görə daha yaxşı olar ki, çap variantından istifadə edəsiniz.

Məsələn, əsas hissələri qeyd edib, bilmədiyiniz sözlərin izahını tapa bilərsiniz. Yaxşı bir lüğətdən sözü axtarıb tapıb, boş yerdə “izahat” əvəzinə qısaca məsələn, “izah” yazırsınız.  Müəllifin fikri ilə razısınızsa “Bəli!” yazırsınız. Əgər onun fikrinə qarşı şübhəlisinizsə, “Hmm” yaza bilərsiniz ki, sonra biləsiniz ki, həmin məsələ ətrafında hələ bir qədər də düşünməlisiniz. Əgər müəlliflə heç razı deyilsinizsə rəddedici ifadələrdən istifadə edə bilərsiniz. Əgər “Birinci… İkinci… Üçüncü… “ kimi qanunauyğun ardıcıllıq görsəniz onları çərçivəyə alıb aralarında xətlər qoya bilərsiniz. Əgər bu çıxarışlarla bağlı öz fikirləriniz olarsa onları boş yerlərdə qeyd edə bilərsiniz. Bütün bu qeydlər, mətn sizə yenidən lazım olanda köməyinizə çatacaq.

Yazılarda çox geniş söz ehtiyatı olur. Ona görə də, məna baxımından hər hansısa nüansı ola biləcək istənilən bir sözü diqqətlə yoxlamaq lazımdır. Ola bilər ki, hətta  sizə elə gəlsin ki, hansısa sözün mənasını yaxşı bilirsiniz, amma bunu yoxlayanda məlum olsun ki, əslində işlək mənasını heç də dəqiq bilmirsiniz. Yəni, mütaliə zamanı özünüzdən əmin olmamalısınız və bilmədiyiniz yaxud da bildiyinizdən tamam fərqli mənanı ifadə edə biləcək sözləri yoxlamalısınız.

Özünüz üçün qeydlər sistemi düşünün. Nə qeyd etsəniz mətndə yazın. Əgər kitabı yazmaq istəmirsinizsə oxumaq üçün onun surətini çıxarın və qeydləri də onun üzrində aparın. Fikirlərin qeyd olunması materialın mənimsənilməsində mühüm addımdır.

Nəyisə nişanlamağa gəldikdə isə bəzən elə təzə başlayan tələbələr olur ki, mətnin bütün səhifələrini ayırıb nişanlayırlar. Amma bu doğru deyil, çünki, hər şeyi seçib götürmək heç nəyi seçməmək deməkdir. Buna qənaətlə yanaşmaq lazımdır. Əgər lazım gələrsə, hər fəslin ancaq əsas hissələrini nişanlamağa çalışmaq lazımdır.

4-cü addım – yadda saxlamaq: ideyalarınızı səsləndirin

Dördüncü addım – mətnin əsas punktlarını öz-özünüzə və ya kiməsə səsləndirin. Hər hansısa materialı dildə səsləndirəndə biz beynimizdə onun haqqında bir təəssürat yaratmış oluruq. Oxuduğunuzu dostunuza danışmaqla onu yaddaşınıza yaza bilərsiniz. Bu həm də sizə mətndə razılaşmadığınız istənilən məqamı, fikir ayrılıqlarınızı dəqiqləşdirməyinizə kömək edəcək.  Niyə müəlliflə razı deyilsiniz və öz mövqeyiniz nədir? Təkcə müəllifin fikri ilə razılaşmamaq kifayət deyil. Fikir ayrılığınızın səbəbini də bildirməyə çalışmalısınız, bu, sizə predmet üzrə öz baxışınızı formalaşdırmaqda kömək edəcək. Tənqidi düşüncə tərzində bu addım yeni biliklərin əldə edilməsi üçün vacibdir.

5-ci addım – yekunlaşdırmaq: mətni tam mənimsəmək üçün bütün prosesi gücləndirmək

Beşinci və sonuncu addım – yekunlaşdırmaq. Artıq altıncı dəfə olacaq ki, öyrəndiyiniz materiala baxmış olacaqsınız. Sizə artıq həm müəllifin baxış bucağı aydındır, həm də aktiv şəkildə mətni oxumusunuz.

Altı dəfə mətnə tənqidi yanaşmaqla baxdıqdan sonra, əgər SQ3R metoduna əməl edirsinizsə əmin ola bilərsiniz ki, materialın böyük bir hissəsinin öhdəsindən artıq gəlmisiniz. Sizin işiniz mətni yadda saxlamaq deyil, hərçənd onun bəzi hissələri onsuz da yaddaşınızda sözbəsöz qalacaq. Sizin işiniz mətnin əsas məqamlarını və quruluşunu başa düşmək, onun güclü və zəif tərəflərini, həmçinin, özünüzün bu materiala münasibətinizi bilməkdir. Siz artıq bu material üzrə ekspertsiniz və yeni biliklər qazanmısınız.

Artıq bu yeni biliklərlə yeni işlər görə bilərsiniz – direktorlar şurasına məlumat təqdim etmək, imtahan vermək və ya mətnin müəllifinin mövqeyinin sizin arqumetlərlə birgə göstərildiyi məqalə yazmaq.

Tənqidi mütailə üçün SQ3R strategiyasından istifadə əsasən, konkret suallar yazdığınızda və əmək qabiliyyətli qeydlər sxemi hazırladığınızda daha çox vaxt tələb edə bilər. Amma əgər bu strategiyadan mütəmadi olaraq istifadə etsəniz, oxuduğunuzu daha yaxşı başa düşdüyünüz artıq hiss olunacaq.

Mütaliə nəinki yeni biliklərin edilməsində, həm də yeni elmlərin, dünyagörüşünün yaranmasında ilk əsas addımdır. SQ3R tənqidi mütaliə strategiyası ən sadəsindən tutmuş ən çətininə kimi istənilən bir mətni başa düşməkdə sizə yardımçı olacaq. O sizin mütailəyə marağınızı artıracaq, oxuduğunuza tənqidi yanaşmağınıza kömək edəcək və yeni dünyagörüşünün formalaşmasına təkan verəcək.

Mütailə ilə biz adi bir dünya yaratmırıq, içində yaşadığımız bir dünya yaratmış oluruq. Onunla siz də yaşamaq istədiyiniz gözəl bir dünya yarada bilərsiniz.