“eBay” şirkətinə yeni rəhbər təyin olundu

Date:

Paylaş:

“eBay” onlayn alış-veriş şirkətinin Direktorlar Şurası Ceymi Yannonu baş direktor vəzifəsinə təyin edib.

“Report” şirkətin saytına istinadən xəbər verir ki, bu barədə açıqlama verən şura sədri Tomas Tirni son bir neçə aydır baş direktor əvəzi işləyən Skott Şenkelə təşəkkür edib.

Aprelin 27-dən yeni vəzifəyə başlayacaq C.Yannon əvvəllər “Walmart” onlayn alış-veriş şirkətinin bir bölümü olan “Walmart eCommerce”nin icraçı direktoru işləyib. 2002-2009-cu ildə isə “eBay”da müxtəlif vəzifələrdə çalışmış C.Yannon yeni vəzifədə əsas məqsədlərindən biri kimi kiçik sahibkarlığa dəstək olacağını qeyd edib.

“eBay”ın əvvəlki baş direktoru Devin Veninq isə 2019-cu ilin sentyabr ayında istefa verib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...