Əsas səhifə Biznes Milyarder Moskvada Telman İsmayılovun biznes mərkəzi satılır

Moskvada Telman İsmayılovun biznes mərkəzi satılır

425

May ayının ortalarında “Tropikano” biznes klubu” şirkətinin mülkiyyətinin satışı üzrə hərrac keçiriləcək.

Virtualaz.org xəbər verir ki, bu məlumatı Müflisləşmə üzrə vahid federal məlumatlar reyestri yayıb.

Moskvanın mərkəzindəki Krasnaya Presnya küçəsində yerləşən 15400 kvadrat metrlik ofis-ticarət mərkəzi bu firmaya məxsusdur. Obyektin ən iri icarədarlarından biri “Uşaq aləmi” mağazasıdır.

“Tropikano” biznes klubu” əvvəllər iş adamı Telman İsmayılova və ailə üzvlərinə məxsus AST şirkətlər qrupuna daxil olub. İsmayılovun özü 2015-ci ilin dekabrında məhkəmə tərəfindən müflis elan olunub.

İki il keçdikdən sonra Moskvanın Basman rayon məhkəməsi iki iş adamının ölümünün təşkilində ittiham edilən Telman İsmayılovu qiyabi həbs edib.