Mobil telefonların utilizasiyası üzrə terminallar şəbəkəsi yaradılıb

Date:

Paylaş:

Avtomatları ABŞ ərazisində 19 milyondan çox işlənmiş mobil telefon qəbul etmiş ABŞ-ın “Gazelle” şirkəti Böyük Britaniyada ilk avtomatlarını quraşdırıb.

Böyük Britaniya sakinləri artıq 18 terminaldan istifadə edə bilərlər. Bu avtomatlar London və Midlendsin supermarket və ticarət mərkəzlərində quraşdırılıb. “Gazelle” gələcəkdə işlənmiş mobil telefonların utilizasiyası üzrə terminallar şəbəkəsinin sayını xeyli artırmağı planlaşdırır.
 
Öz köhnə telefonunu belə avtomatlara təhvil verən britaniyalılar ani olaraq ödəniş alırlar, həmçinin telefonlarının zibillikdə deyil, utilizasiya ediləcəyinə əmin olurlar. Terminal telefonun qiymətini cihazın modelindən, yaddaş tutumundan və ikinci bazarda qiymətindən asılı olaraq müəyyənləşdirir.
 
Bundan başqa, terminal telefonda cızıq olub-olmamasını yoxlayır, bütün lazımi informasiyanı oxuyur. Tam qiymətləndirmə aparıldıqdan sonra avtomat telefon üçün qiymət təklif edir. Cihazın sahibi qiymətlə razılaşa və ya satışdan imtina edə bilər. Qurğunun sahibi qiymətlə razılaşdığı halda “Gazelle”nin terminalı 2 ödəniş variantı təklif edir: “PayPal” və ya bank köçürməsi vasitəsilə.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...