Mobil tətbiqdən pul qazanmaq

Date:

Paylaş:

Artıq mobil telefonlar insan həyatının bir hissəsinə çevrilir. Telefonların insan həyatını asanlaşdırması mobil tətbiqlərin də getdikcə məşhurluq qazanmasına səbəb olur. Bu tətbiqlərlə hazırda milyonlar qazanan insanlar var. Bəzi mobil tətbiqlər insanların etdiyi əməliyyatlar sayəsində pul qazandırır.

Mobil tətbiqdən necə pul qazanıldığını bilmirsinizsə bu yazını yaxşıca oxumağınızı tövsiyə edirik. Texnologiya bazarında olan bir çox mobil qurğular və yeni əməliyyat sistemləri mövcuddur. Tətbiqlər telefon şirkətlərinin özləri tərəfindən yaradılmadığı üçün bu iş əlavə və mənfəətli bir bazar vəziyyətinə gəlib çıxıb və zaman keçdikcə daha da genişlənir.

Bundan yeddi il əvvəl yalnız Windows Mobile, BlackBerry kimi sadə tətbiqli telefon əməliyyat sistemləri var idi. Hazırda bazarın böyük hissəsini android və ios sistemləri tutur və onların tətbiqləri daha çox məşhurdur. Geniş kütləyə xitab edən tətbiq yaratmaqla siz ciddi şəkildə pullar qazana bilərsiniz.

İnsanlar artıq bütün vaxtlarını telefonda keçirirlər. Yaradacağınız bir tətbiq ilə reklamlardan böyük gəlirlər əldə edə bilərsiniz. Nümunə kimi deyək ki, yaratdığınız bir telefon tətbiqini gündə 1000 nəfər istifadə etsə belə yaxşı qazanc əldə etmək mümkündür. Ölkəmizdə telefonlar üçün tətbiq yaradaraq uğur qazanmaq şansınız yüksəkdir. Çünki Azərbaycanda bu sahədə rəqabət çox zəifdir. Tətbiq və tətbiqin reklamı isə çox sadə olmalıdır. Çünki rəqabət zəif olduğu üçün əlavə xərcə ehtiyac qalmır. Uğurun sirri isə hələ heç kim tərəfindən yaradılmayan bir tətbiq yaratmaqdır. Məsələn whatsapp kimi. Bu tətbiqin bu qədər populyar və sevilən olmasının əsas səbəbi bazara yenilik gətirməsi oldu. Whatsappın kim tərəfindən və necə yaradılması haqqında Jan Koum kimdir adlı məqaləmizdə oxuya bilərsiniz.

Əgər mobil tətbiq sahəsində uğur qazanmaq istəyirsinizsə yeni çıxan tətbiqləri daim izləməlisiniz. Ola bilər ki Türkiyədə yeni tətbiq yaradılsın. Onun Azərbaycan versiyasını yaratmaqla uğur qazanmaq olar. Düzdür hər bir sahədə olduğu kimi texnologiya sahəsində də uğurlu olmağın əsas amillərindən biri original iş görməkdir. Ancaq məşhur Vk.com saytının yaradıcısı Pavel Durov Vkontaktı facebook yarandıqdan sonra öz ölkəsində tətbiq etdi və hazırda dünyanın ən çox girilən sosial şəbəkələrindən biridir. Rusiya da daxil olmaqla bəzi ölkələrdə vk.com saytına girənlərin sayı facebooka girənlərin sayından çoxdur. Bundan başqa Pavel Durov whatsapp yarandıqdan bir müddət sonra hazırda ona rəqib olan Teleqramı yaratdı və uğur qazandı.

Nə qədər müvəffəqiyyətli olmaq istəyirsinizsə o qədər yaxşı bir tətbiq yaratmağınız lazımdır. Yuxarıda dediyimiz kimi originallıq uğurun əsas açarı olsa da bəzən başqa ölkələrdə olan ideyaları yüksək səviyyədə tətbiq etdikdə uğur qazanmaq qaçınılmaz olur. Pulu necə qazanmağa gəldikdə isə nümunə kimi aşağıdakı reklam şəbəkələrini göstərmək mümkündür. Hansı ki, onlar vasitəsilə öz tətbiqinizə reklam alırsınız.

  • Startapp
  • Airpush
  • AdMob
  • TapContext
  • MocileCore

Bu reklamlar tətbiqlərin əsas gəlir mənbəyidir. Belə tətbiqlər yaradaraq reklamlardan çox yaxşı gəlirlər əldə etmək mümkündür.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...