Əsas səhifə Biznes Mobil operatorlar yanvarda 142 mln. manat gəlir əldə edib

Mobil operatorlar yanvarda 142 mln. manat gəlir əldə edib

338

Cari ilin yanvar ayı ərzində informasiya və rabitə müəssisələri 141,8 mln. manatlıq xidmət göstərib ki, onun da 71,5%-i əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 16,0% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,3%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 49,1%-i və ya 69,6 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.