Milyarder Rahmi Koçun gümrah qalmasının sirləri

Date:

Paylaş:

3 milyard dollar sərvəti olan türk iş adamı Rahmi Koç bu yaxınlarda müsahibə verib. Hər gün idman etdiyini bildirən Rahmi Koç gümrah qalmasının ən böyük sirrinin isə günorta yuxusu olduğunu bildirib:

rahmi koç

“Günorta yeməyindən sonra yatıram. Bunu Çörçil İsmət Paşaya tövsiyyə etmişdi. İsmət Paşa da atam Vehbi Koça söyləmişdi.”

“50 ildir günorta yatıram”

“Artıq 50 ildir ki, günorta yeməyindən sonra yatıram. Diyeta saxlamıram, hər şey yeyirəm. İçdiyim çayı 50 il bundan əvvəl yaponlardan öyrənmişəm. Yaşıl çay deyil. Yaşıl limon qabığıdır, qalanı isə su”

Atası Vehbi Koçun çox intizamlı insan olduğu bildirib:

“Atam çox qəribə insan idi, heç kimə yaxınlaşmazdı. İnsanlarla münasibətdə hər zaman pərdə saxlayardı, anamla belə. Ona görə də anam həmişə atama Vehi bəy deyə müraciət edərdi…”

Qırmızı qərənfillərin sirri

Məşhur iş adamı əksər vaxtlarda yaxasına taxdığı qırmızı qərənfil barədə də danışıb.

“İngiltərədə çox hörmət bəslədiyim iş adamı var idi, hər zaman qırmızı qərənfil taxardı yaxasına. Mən də onda görüb taxmağa başladım. Artıq uzun illərdir yaxamdan əskik etmirəm. Yalnız toy, nişanlarda ağ qərənfil taxıram, qalan vaxtlarda isə qırmızı.”

İş həyatına kiçik dükanda başlayan milyarder Vehbi Koç

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...