Yapon milyarder Masayoşi Son, il ərzində 41 mlrd. dollarlıq SoftBank aktivləri satmağı, 18 mlrd. dollarlıq səhmləri geri satın almağı və şirkətin borclarını azaltmağı planlaşdırıb. Bu barədə şirkətdən bildirilib.
SoftBank ümumilikdə 245 mlrd. dollardan çox məbləğdə aktivlərə və 15 mlrd. dollarlıq pul vəsaitlərinə malikdir. Məhz hansı aktivlərin satılacağı qeyd edilmir. Deyilənə görə, onlardan biri şirkətin Alibaba-dakı 12-15 mlrd. dollar dəyərləndirilən payı ola bilər.
“Bu proqram ən iri səhm geri alınması olacaq və SoftBank tarixində ən böyük pul balansı artımına gətirib çıxaracaq” – Masayoşi Son.
Qeyd edək ki, 2020-ci ilin əvvəlindən şirkətin səhmlərinin qiyməti məlum pandemiya səbəbindən ucuzlaşıb.