Şirkətlər distant işləyən əməkdaşlarına belə nəzarət edir

Date:

Paylaş:

Distant iş rejimində yüksək məhsuldarlığı qoruyub saxlamaq üçün şirkətlər bəzi onlayn alətlərə əl atırlar. Bunlardan biri də Sneek xidmətidir – o, videozənglə yanaşı, hər 5 dəqiqədən bir  avtomatik olaraq işçilərin şəklini çəkir.

Xidmət bütün iş günü ərzində aktiv olur.Onun interfeysi əməkdaşların “üzlərindən ibarət divar”ı xatırladır.

Əgər bir şəxs digər birinin şəklinə toxunarsa, Sneek dərhal onu həmin şəxslə birbaşa videozəngə bağlayır, hətta qarşı tərəf  “qəbul etmək” seçimini etməsə belə.

Xidmətin təsisçisi məqsədinin insanları güdmək olmadığını bildirib: “Bəzi insanlar bunu şəxsi həyatlarını izləmək niyyətimiz kimi başa düşsələr də, birlikdə işləyərkən bir-biri ilə bağlantıda olmağı istəyən və dostluq yaradan komandalar da var. Bu xidmət də məhz onlar üçündür”.

Təsisçi Kerrinin sözlərinə görə, komanda işində təcriddə işləmək işçilərin psixi sağlamlığına təsir edir və buna görə də ekranda öz iş yoldaşlarını görərək işləyə bilmək imkanı baxımından bu xidmət böyük əhəmiyyət daşıyır.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...