Milyarder: “Kriptovalyutalar pis nəticələrə səbəb olacaq”

1
983
Warren Buffet
Warren Buffet

“Əminliklə deyə bilərəm ki, kriptovalyutalar pis nəticələrə səbəb olacaq”.

“APA-Economics” xəbər verir ki, bunu 80,6 mlrd. dollarlıq sərvəti ilə dünyanın üçüncü ən varlı insanı sayılan Uorren Baffet (Warren Buffet) “CNBC” kanalına müsahibəsində deyib.

Milyarder pis nəticələnmənin nə vaxt və necə olacağı haqqında məlumat verməyib.

Qeyd edək ki, ötən ilin noyabrında verdiyi açıqlamada U. Baffet bitcoinin dəyər istehsal edən rəqəmsal valyuta olmadığını vurğulayaraq ümumilikdə kriptovalyuta bazarını “sabun köpüyü” adlandırıb.

1 COMMENT

  1. 66682 177941I dont believe Ive read anything like this before. So great to uncover somebody with some original thoughts on this subject. thank for starting this up. This site is something that is needed on the web, someone with just a little originality. Very good job for bringing something new towards the internet! 109579