Əsas səhifə Xəbərlər Biznes xəbərləri Milyarder Jack Ma-nın Avropada biznesinə aid ilki

Milyarder Jack Ma-nın Avropada biznesinə aid ilki

Çinin internet nəhəngi “Alibaba” Avropa bazarında ilk beynəlxalq elektron ticarət platformasını açıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.

Platformanın vəzifəsi uzunmüddətli transsərhəd ticarətinin təşviqidir.

Açılış mərasimi Belçikanın Lyej şəhərində keçirilib. Tədbirdə ölkənin Baş naziri Şarl Mişel, həmçinin Çinin Brüsseldəki səfiri Tsao Çjunmun iştirak ediblər.

Sazişi Belçika Baş nazirinin müavini Kris Piters və “Alibaba”nın baş direktoru Ceyms Sun imzalayıblar.

Proqnozlara əsasən, yeni elektron platforma müvafiq infrastrukturla birlikdə yaxın beş ildə Çinə 200 milyard dollar dəyərində Avropa məhsulları idxalını təmin edəcək.

©Report

Rəy bildir

Please enter your comment!
Please enter your name here