Əsas səhifə Xəbərlər Biznes xəbərləri Google “Allo” messencerini bağlayır

Google “Allo” messencerini bağlayır

Google, ağıllı messencer layihəsinin bağlanılmasını rəsmi olaraq elan etdi. Bu ilin əvvəlindən etibarən, şirkət bu xidmətə investisiya qoymağı dayandırdı. Proqram ilk dəfə  2016-cı ilin sentyabr ayında tətbiq olunmuşdu, onun fərqləndirici xüsusiyyətlərindən  biri isə  Google Assistant səs köməkçisi idi.

“Messencerlərin necə inkişaf etdiyini nəzərə alaraq, biz bu proqram üzərində öz diqqətimizi  cəmləşdirmək üçün Allo-ya dəstək verməyi dayandırmağa qərar verdik” ,- deyərək şirkət izah etdi.

Hal-hazırda “Messages”  (Android üçün nəzərdə tutulmuş messencer)  təxminən 175 milyon insan tərəfindən istifadə olunur.

Allo 2019-cu ilin mart ayına qədər işə davam edəcək və o vaxta qədər istifadəçilər öz mesajlarını  digər proqramlara ixrac edə bilərlər. Şirkətin rəsmi saytında göstərilən təlimatlardan istifadə etməklə bunu necə etmək olduğunu görə bilərsiniz.

Xatırladaq ki, daha əvvəl məlum oldu ki,  Google 2020-ci ilədək istifadəçilər üçün “Hangouts” söhbət otağını bağlaya bilər, lakin xidmətin korporativ versiyası yenə də qalmaqda olacaq.

Rəy bildir

Please enter your comment!
Please enter your name here