Əsas səhifə Biznes Milyarder Fərhad Əhmədov: Pandemiya bizi dəyişdirəcəkmi?

Fərhad Əhmədov: Pandemiya bizi dəyişdirəcəkmi?

104
Paylaş

Pandemiya və təcrid – düşünmək, dəyərləndirmə və fəaliyyətlər üçün məqamdır. Bir tərəfdən pandemiyanın əsaslı düzəlişlər etdiyi yeni reallığa öyrəşməklə, həm iqtisadiyyatın çökməsinin qarşısını almaq həm də onu yenidən qurmaq tələb olunur. Digər tərəfdənsə bu, əsas verir ki, daha ciddi məsələlər barədə düşünək. Belə, yəni,  hamımız biryerdə və hər birimiz ayrı-ayrılıqdamı yaşayırıq?

Mən artıq BMT-nin himayəsi altında pandemiyanın səbəblərinin araşdırılması üzrə komissiyanın yaradılmasının vacibliyi barədə demişəm. Koronavirusun faciəvi şəkildə geniş yayılmasının mümkün səbəbkarlarına qarşı iqtisadi iddiaların rədd edilməsi də onun mandatlığında mütləq olmalıdır. Belə araşdırma millətləri bölməyəcək, əksinə, onları bir araya gətirəcək, ümumi problemlə mübarizədə beynəlxalq icmada birləşdirəcək. Bu, 1945-ci ildə yaradılmış BMT-nin məqsədinə tam uyğun olacaq.

Niyə mən buna əminəm? Son onillikdə bəşəriyyət inanılmaz uğurlara imza atıb. Elmi-texniki proqres bizə bir çox problemləri həll etməyə imkan verib. Biz daha sərbəst, rahat və dinamik olmuşuq, amma bir paradoks var ki, həm də çox həssaslaşmışıq. Mahiyyətcə, biz həmin proqresin girovları, belə demək olarsa, “divan” istehlakçılarıyıq.

Elektron ticarət daha geniş hal alıb. Robotlar insanları əvəz edərək, birjalarda ticarət aparmağa başlayıblar – onlar bazardakı vəziyyəti emosiyalarsız və panikasız analiz edirlər və qərarlar verirlər. Biz rəqəmsal texnologiyalarsız, gadgetlərsiz bir addım belə ata bilmirik, çoxumuzun uşaqları virtual reallıqdan başqa bir dünya təsəvvür edə bilmirlər.

Artıq həyətlərdə uşaqların “dava-quldur” oynadıqları zamanlar, təəssüf ki, zərflərdə yazılan məktublar kimi geridə qaldı. Artıq süni zəka, süni qida, süni transgender bədənlər zamanıdır. Çipləşdirmə geniş hal alıb.

Elektron identifikasiya və dövlətlər tərəfindən tətbiq olunan bu kimi digər texnologiyalar bugün düşünən beyinlərdə narahatlıq yaradır. Yeniliklər və texnoloji inkişaf insanların hüquqlarını məhdudlaşdırmağa başlayıb. Elmi nailiyyətləri heç bir halda onların mənəvi dəyərindən ayırmaq olmaz.

Sosioloqlar gadgetlərdən asılılığımızın birbaşa nəticəsi olan təklikdən təşvişlə bəhs edirlər, onu dəbdə olan “hobbi” adlandırırlar. Ünsiyyəti kəsirik və cəmiyyətə çıxışımız dayanır. Təklik bizi sükut uçurumuna sürükləyir. Ekspertlərin dəyərləndirmələrinə görə, bugün amerikalıların təxminən yarısı belə vəziyyətdə yaşayır. Süni zəka sayəsində insanların tərəf müqabilləri də virtuallaşıb. Bura hətta həyat yoldaşları da daxildir.

Xoşbəxtlikdən,  VR-texnologiyalar və təkmilləşdirilmiş innovasiyalar bugün  bu məsələni problemsiz yoluna qoyur. Bu yaxınlarda mənim Çindən olan bir dostum üç həyat yoldaşının olduğunu deyəndə mən çox təəccübləndim: necə yəni? Çində buna icazə varmı? Onda o dedi ki, həmin həyat yoldaşlarının üçü də robotdur, “bütün ev işlərini görürlər və bununla belə nə incimirlər nə də hirsləndirmirlər”.

Süni zəka çox şeyi bizim əvəzimizə həll etməklə, faktiki olaraq bizi sərbəst düşünmək qabiliyyətindən də məhrum edir: pandemiya bunu daha aydın şəkildə nümayiş etdirdi. Demək olar ki, heç kim vəziyyəti öz təhlilinə görə qiymətləndirərək hərəkət etməyi planlaşdırmır, hamı KİV və sosial şəbəkələrdəki xəbərlərə əsaslanır. Çox vaxt da istəmədən belə, saxta və ya təhrif olunmuş xəbər və məlumatlarla qarşılaşırıq.

Real problemləri illuziya hesab edərək, özümüz üçün “təhlükəsiz təhlükələr” düşünürük, məsələn, divanda oturub popkorn yeyə-yeyə və Cola içə-içə kinoya baxmaq kimi. Axı bu filmlərdə “bizimkilər” həmişə qalib gəlirlər və hər zaman dünyanı pislərdən, yadplanetlilərdən ya da zombilərdən xilas edən bir kimsə tapılır. Nəticədə isə biz özümüz də artıq zombiyə çevrilirik.

Bunlardan başqa, pandemiyanın pik həddi dünyada əsas dinlərin bayramlarına da təsadüf  etdi – Pasxa-Ramazan. Onların ardıcılları bu il ilk dəfə olaraq birgə ibadət edə bilmədilər. İsraildə belə bir acı zarafat da edirlər ki, bun nə inkvizisiya nə də faşistlər edə bilərdilər. Rusiyada Patriarx möminləri Pasxada məbədə getməməyə çağırıb. Müsəlmanları isə Ramazan ayında məscidə getməməyə səsləyirlər. Belə hal nə vaxt olub? Deməli bu, bəşəriyyətə bir siqnaldır! Bu siqnalı gözardı etmək olmaz.

Hamımız pandemiyadan dərs çıxarmalıyıq.Virusa qalib gəldikdən sonra yaranacaq labüd yeni reallıqda yaşamaq üçün birləşməli, acı və güvənsizliyi, insanlar və ölkələr arasında olan ziddiyyətləri aradan qaldırmalıyıq. Biz sadəcə əməkdaşlığa məhkumuq.

Bugün,  pandemiyaya qarşı real effektiv əks təsir planının olmadığı bir vaxtda faydalı əməkdaşlıq kursu yaratmaq çox vacibdir. Dövlət və vətəndaşlar nəhayət anlamalıdırlar ki, onlar rəqib deyil müttəfiqdirlər – tam bir bütövdürlər.

Bütün dünya icması da eynilə belə bir nəticəyə gəlməlidir: birlikdə sağlamlığın qorunması, maarifləndirmə, münaqişələrin həlli ilə məşğul olmaq, bir-birinə kömək etmək lazımdır. Bununla belə, məcburi “dostluq” da olmamalıdır və ümumiyyətlə dünyanın, bütün müxtəliflikləri və təkrarolunmazlıqları ilə olan mənzərəsini görmək və onu qorumaq lazımdır…

Belə hesab edilir ki, bu, pandemiyadan çıxarkən bütün səlahiyyətli dünya liderlərinin gəlməli olduğu bir nəticədir. Birlikdə belə bir nəticəyə gələrək “təhlükəsiz təhlükələr” zamanının artıq geridə qaldığını dəqiqliklə bildirməlidirlər. Sual isə açıq-aydındır: bəşəri sivilizasiya necə olacaq, övladlarımızın və nəvələrimizin taleyini nə gözləyir.