Netflix filmlərini WhatsApp-dan izləmək mümkün olacaq

Date:

Paylaş:

Karantin günlərində ən çox ziyarət edilən platformalar arasında yer alan Netflix-in yeni funksiyası test edilməyə başlanıb. 

Platformanın WhatsApp vasitəsilə video izləmə xüsusiyyəti yaxın günlərdə istifadəçilərə təqdim olunacaq. 

Qeyd edək ki, artıq WhatsApp vasitəsilə YouTube, Feysbuk və İnstaqram videolarını izləmək mümkündür. 

Bundan başqa, Netflix Apple istifadəçiləri üçün sözügedən xüsusiyyəti ötən ilin noyabrında təqdim etmişdi. 

İstənilən Netflix kontentini “Paylaş” düyməsindən “WhatsApp” tətbiqini seçməklə göndərərək bu xüsusiyyətdən yararlana biləcəksiniz. Söhbətdən və ya “WhatsApp”dan çıxdıqda isə izlədiyiniz video dayandırılır. 

WhatsApp-ın 2.20.123 versiyasında qarşımıza çıxan funksiya artıq bir müddətdir Telegram-da yer alır. Elə bu kimi funksiyalardan dolayı bəzi istifadəçilər Telegram-ı üstün tutur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...