Milli domen zonasında qeydiyyatdan keçən saytların sayı 2,1% artıb

Date:

Paylaş:

Azərbaycanın milli domen zonasında (“.az”) 31 885 internet resursu qeydə alınıb. İlin əvvəlindən “.az” domenində qeydiyyatdan keçən saytların sayı 2,1% artıb. Qeydə alınmış saytların ümumi sayının 29 713-ü birinci səviyyəli domen zonasında aiddir ki, bu da cari ilin əvvəlində olan göstəricini 9,6% üstələyir.

Ən məşhur ikinci səviyyəli domen “.com.az”dır. Bu domendə 1 616 sayt qeydiyyatdan keçib. Bu göstərici üzrə ilin əvvəlindən 24,6% azalma müşahidə olunub.

Populyarlığa görə üçüncü yerdə isə “.edu.az” domeni qərarlaşıb. Bu domendə 431 sayt qeydiyyatdan keçib ki, bu da cari ilin əvvəlində olan göstəricini 17,4% üstələyir.

Digər domen zonalarında qeydiyyatdan keçmiş saytların pay bölgüsü:

Domen

Qeydiyyatdan keçmiş saytlar

pro.az

1

name.az

12

biz.az

25

pp.az

26

int.az

31

net.az

83

info.az

99

co.az

107

org.az

139

Qeyd edək ki, “.az” milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domeninin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...