OnePlus 7 smartfonunun dizaynı ortaya çıxarıldı

Date:

Paylaş:

   Çox zaman smartfon keyslərinin istehsalçıları yeni smartfonların dizaynlarını onların təqdimatlarından öncə ortaya çıxardırlar. İndi isə bu cür vəziyyət OnePlus 7 flaqman smartfonu ilə baş verib. Bu barəıdə Gagadget saytı xəbər verib. Təqdim olunmuş keys fotoları bir neçə müddət bundan öncə məşhur insayder OnLeaks tərəfindən yaradılmış render fotolar ilə eynidir. Beləliklə təqdim edilmiş keys fotoları OnePlus 7 ekranının heç bir çıxıntı hissəyə sahib olmayacağı və 3 arxa kamera ilə təchiz olunacağı məlumatlarını təsdiqləyirlər.

    İdarəetmə düymələri OnePlus 6 və OnePlus 6T modellərində olduğu kimi eyni yerdə yerləşdirilib: Yandırıb/söndürmə ilə səs rejimləri arasında keçid düymələri smartfonun sağ hissəsində, səsin tənzimlənməsi düymələri isə smartfonun sol hissəsində yerləşir. Smartfonun aşağı hissəsində isə USB-C girişi, səsgücləndiricilər və SIM kart girişi yerləşəcək. Ənənəvi 3.5 mm-lik audiogiriş hissəsi yoxdur. Son məlumat sızıntılarına əsasən OnePlus 7 smartfonu Full HD+ keyfiyyətli 6.5 düym OLED ekran, Snapdragon 855prosessoru, 6/8/10 GB RAM, 128/256 GB daxili yaddaş həcmi və sürətli enerji yığma texnologiyasına sahib 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

    Bundan əlavə olaraq barmaq izi skanı texnologiyası smartfonun ekranına inteqrasiya olunmalıdır. OnePlus 7-də naqilsiz şarj texnologiyası reallaşdırılmayacaq. OnePlus 7 smartfonu yaz fəslinin sonunda və ya yay fəslinin əvvəlində təqdim olunmalıdır. Onu da qeyd etmək lazımdır ki, OnePlus şirkəti həmçinin 5G şəbəkələrini dəstəkləyəcək smartfon modeli üzərində də çalışır. Onun təqdimatı isə may ayında baş tutacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...