“Microsoft” Windows 7 ilə Windows 8-in dəstəyini dayandıracaq

Date:

Paylaş:

Microsoft şirkəti Windows 7, Windows 8 və Windows 8.x əməliyyat sistemlərinin dəstəyini dayandıracağını elan edib. Bu brədə Gagadget saytı xəbər verib. Əməliyyat sistemlərinin istifadəçiləri bu cür bildiriş əldə ediblər: “10 illik fəaliyyətdən sonra Windows 7-in dəstəyi sona çatmaq üzrədir. 14 yanvar 2020-ci il tarixi Microsoft şirkətinin Windows 7 əməliyyat sistemi ilə çalışan kompüterlərə sonuncu dəfə təhlükəsizlik yenilənməsini və texniki dəstəyini təqdim edəcəyi son tarix olacaq. Biz bilirik ki, dəyişikliklər heç də hər zaman asan şəkildə baş vermir. Buna görə də biz öncədən fayllar üçün ehtiyat yaddaş yerlərinin yaradılmasına kömək dəstəyini veririk”.

    Bu cür bildiriş müəyyən vaxtlarda istifadəçilərin qabaqlarına çıxacaq. Sözügedən bildirişi əldə etməmək üçün sadəcə olaraq “Bu barədə yadıma salma” düyməsinə klik etmək lazımdır. Beləliklə Windows 7 üçün sonuncu yenilənmə 14 yanvar 2020-ci ildə işıq üzü görəcək. Həmin gündən sonra bu əməliyyat sistemi bir daha sistem təhlükəsizliyi yenilənmələrini əldə etməyəcək. Təbii ki, istifadəçilər həmişəki kimi Windows 7-dən istifadə edə biləcəklər. Lakin sistem təhlükəsizliyi yenilənmələri bir daha olmayacaqları üçün Windows 7-nin təhüləsizlik məsələsi istifadəçilərin çiyinləri üzərində qalacaq

    Windows 8 ilə Windows 8.x əməliyyat sistemlərinin dəstəklərinin dayandırılması barəsində şirkət çoxdan məlumat vermişdi. Həmin vaxtda qeyd olunmuşdu ki, 1 iyul 2019-cu il tarixindən başlayaraq Windows Phone-nun dəstəyi dayandırılacaq. 1 iyul 2023-cü il tarixində isə Windows 8 üçün sonuncu yenilənmə işıq üzü görəcək. Lakin indi şirkət əməliyyat sistemi dəstəyinin dayandırılması tarixini öz rəsmi saytında dəyişib.

    Beləliklə yeni qrafikə əsasən Windows 8 ilə Windows 8.x əməliyyat sistemləri 1 iyul 2019-cu il tarixindən sonra bir daha yenilənmə əldə etməyəcəklər. Başqa sözlə desək, bu, şirkətin ilk planından 4 il daha tez reallaşacaq. Buna baxmayaraq Windows 8.1 əməliyyat sistemi 1 iyul 2023-cü il tarixinə kimi yenilənmə əldə etməyə davam edəcək. Bu səbəbdən Microsoft şirkəti istifadəçilərə Windows 10 əməliyyat sisteminə keçid etmələrini məsləhət görür.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...