Microsoft-un rüblük gəliri 49% artıb

Date:

Paylaş:

Azure satışları aşağı templə də olsa davam edir.

Microsoft, 2018-2019 maliyyə ilinin 30 iyunda başa çatan dördüncü rübü üzrə hesabatı dərc edib.

2019-cu ilin aprel-iyun ayları üzrə xalis gəlir 12% artaraq 33,7 milyard dollar olub. Microsoft-da doqquz rübdür ki, ardıcıl olaraq ikiqat artım müşahidə edilir. Bu barədə CNBC  FactSet-in məlumatlarına istinadən xəbər verir.

Xalis gəlir 49% artıb və 13,19 milyard dollar və ya hər səhmə görə 1,71 dollar olub. Artım analitiklərin proqnozundan artıq olub.

Azure bulud platformasından əldə edilən gəlir 64% artıb, bu, dörd il ərzində ən aşağı göstəricidir, CNBC qeyd edir. Microsoft-un tam satış rəqəmləri göstərilmir.

Canalys araşdırma firmasının dəyərləndirməsinə görə, Azure, bulud hesablaması bazarının 14,6%-ni təşkil edir və bununla da yalnız Amazon Web Services-dən geri qalır. Onun payı 32,8%-dir.

Azure Windows Server, Visual Studio və GitHub-la birlikdə Intelligent Cloud xəttinə daxildir. O, şirkətə rüb üzrə 11,4 milyard dollar gətirib. Bir ilə isə gəlir 38,9 milyard dollar olub.

Office 365 ofis paketinin və LinkedIn-in daxil olduğu Productivity and Business Processes xəttinin rüblük gəliri 14 % artaraq 11,05 milyard dollar olub. İlin yekununa görə bu seqment Microsoft-a 41,2 milyard dollar qazandırıb.

Windows, Xbox və Surface-in satışları 4% artıb və bir rüb üzrə 11,3 milyard dollar olub. İllik göstərici isə 45,7 milyard dollardır. Oyun bölməsinin gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 10% düşüb.

Maliyyə ilinin yekununa görə Microsoft-un gəliri 14% artıb və 125,8 milyard dollar olub. Xalis gəlir 137% artıb və 39,2 milyard təşkil edir.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...