Android Q’nü ilk olaraq hansı Honor smartfonları əldə edəcək?

Date:

Paylaş:

1 ay bundan öncə Huawei şirkəti özünün 20 ədəd smartfon modelinin Android Q əməliyyat sistemini əldə edəcəyini təsdiqləmişdi. İndi isə şirkətin müstəqil brendi kimi fəaliyyət göstərən Honor-un hansı smartfon modellərinin ilk olaraq yeni əməliyyat sistemini əldə edəcəkləri barəsində məlumat ortaya çıxıb. Ənənəyə sadiq qalaraq siyahıdakı modellərin çoxusunun flaqman modellər olması ilə yanaşı bəzi büdcəli modellər də var. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib. Beləliklə Android Q-nü əldə edəcək Honor smartfonları aşağıdakı kimidir:

– Honor 20

– Honor 20 Pro

– Honor 20 Lite

– Honor V20

– Honor 10

– Honor 10 Lite

– Honor 8X.

Çox güman ki, bu smartfon modelləri Android Q əməliyyat sistemini ilk əldə edəcək Honor modelləridir. İstisna deyil ki, şirkət Honor brendindən olan cihazların sayını artırsın. Gözləntilərə əsasən Honor smartfonları Android Q ilə birlikdə həmçinin Magic UI 3.0 istifadəçi interfeysini də əldə edəcəklər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...