Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “Microsoft” dekarbonizasiya texnologiyasına $1 mlrd. sərmayə qoyur

“Microsoft” dekarbonizasiya texnologiyasına $1 mlrd. sərmayə qoyur

51

“Microsoft” korporasiyası Yer kürəsinin atmosferindən karbon tullantılarını çıxarmaq və ya azaltmaq üçün texnologiyalar üzərində işləyən şirkət və təşkilatlara 1 milyard dollar yatırım edəcək.

Bizplus.az xəbər verir ki, İT nəhəngi karbon tullantılarını azaltmaq məqsədilə görülən işlərin iqlim dəyişikliyinin qarşısını almaq üçün kifayət etmədiyini vurğulayıb.

Növbəti dörd il ərzində şirkətin İqlim İnnovasiya Fondu müxtəlif layihələrə kapital qoyuluşları, kreditlər və digər maliyyə dəstəyi şəklində yardımçı olacaq. Qeyd edildiyi kimi, fond “Microsoft” un iqlim sahəsində digər xeyriyyə proqramlarında iştirak etməyəcək. Proqram istehsalçısı 2020-ci ilə qədər karbon tullantılarının əhəmiyyətli dərəcədə azalacağını proqnozlaşdırıb.

“Bu, onillik təcili tədbirlər zamanıdır”. Bunu, “Microsoft” un baş direktoru Satya Nadella şirkətin verdiyi qərara şərh bildirərkən deyib.