Əsas səhifə Gömrük Gömrük rüsumlarının yığımı artıb

Gömrük rüsumlarının yığımı artıb

39

2019-cu ilin dekabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 402,28 milyon manat köçürüb və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Bizplus.az xəbər verir ki, 2019-cu ilin dekabr ayında gömrük rüsumları 110,653 milyon manat və ya bütöv ödəmələrin 27,5 faizini, ƏDV – 269 milyon manat (66,9 faiz), aksiz vergiləri – 18.78 milyon manat (4.6 faiz), yol vergisi – 3.855 milyon manat (bir faizdən az) təşkil ediblər.

Ötən ilin dekabr ayı ilə müqayisədə bu ay gömrük rüsumlarından daxilolmalar iki dəfə, ƏDV-dən 2,3 dəfə, yol vergisindən isə 5,9 faiz artıb.

Aksiz vergilərindən ödəmələr isə 20,6 faiz azalıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə ödəmələr dörd istiqamətdən gəlir – gömrük rüsumları, əlavə dəyər vergisi (ƏDV), aksiz vergisi və yol vergisi.