Şin istehsalı sahəsində dünya liderlərdən biri olan Fransanın “Michelin” şirkəti Dmitri Molokanovu “Mişlen Rusiya Şin İstehsalı Şirkəti” ASC-nin baş direktoru vəzifəsinə təyin edib.
O, bu postda həmçinin “Michelin” şirkətinin Şərqi Avropa regionundakı biznesinin inkişafı üçün məsuliyyət daşıyacaq. Bu region isə Rusiyadan başqa daha 10 ölkəni – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanı əhatə edir.
Molokanov bu postda 2016-cı ilin sentybar ayından baş direktor işləmiş, hazırda isə “Michelin”in Çin şöbəsinə rəhbərlik edən Kamran Vossuqini (Kamran Vossoughi) əvəz edəcək.
Şirkət dünyanın 17 ölkəsində – Braziliya, Macarıstan, Almaniya, İspaniya, İtaliya, Kanada, Çin, Kolumbiya, Meksika, Polşa, Rusiya, Rumıniya, Serbiya, Birləşmiş Krallıq, ABŞ, Tayland və Fransada fəaliyyət göstərən 68 zavodda şin istehsalı ilə məşğul olur.