Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Nasty Gal” brendinin qurucusu qadınlar üçün LinkedIn yaradıb

“Nasty Gal” brendinin qurucusu qadınlar üçün LinkedIn yaradıb

319
Paylaş

Girlboss mediaşirkəti LinkedIn-in oxşarı olan sosial şəbəkəni təqdim edib, lakin bu dəfə qadınlar üçün. Belə hesab edilir ki, bu sosial şəbəkə qadınlara  bir araya gəlmək və sahibkarlıqla məşğul olmaqda kömək edəcək.

“Bu , ənənəvi karyerasını qurmayanlar üçün olan sosial şəbəkədir. Bugün, belə qadınların öz tərcümeyi-hallarını təqdim etmələri üçün yer çox azdır”, – Girlboss-un baş direktoru Sofiya Amoruso Business İnsider-ə açıqlamasında deyib. Bundan başqa, onun sözlərinə görə LinkedIn-də adi sadə anketlər keçmişdən qalmadır və buna görə də o, sosial şəbəkəni elə hala gətirib ki, istifadəçilər orada öz rezümelərinin fərdiləşdirilmiş dizaynını yarada bilirlər.

Girlboss platformasında həmçinin, iş , istehsal və ya sağlamlıqla bağlı müzakirələrin aparıldığı forum da var. Amarusonun sözlərinə görə, Girlboss-da  təkcə peşə nailiyyətlərini qeyd etmək vacib deyil, belə ki, həyatda, insanların fəxr edib lakin anketdə təriflə qeyd edə bilmədikləri digər mühüm məsələlər də var.

Sofiya Amaruso hər şeydən öncə “Nasty Gal” geyim brendinin qurucusu kimi tanınır. Onun əsasını 2006-cı ildə qoyub. “Nasty Gal”, ən sürətlə inkişaf edən pərakəndə şirkətlərdən biridir və onun gəliri 2012-ci ildə 100 milyon dollar olub. Lakin 2016-cı ildə şirkət müflis oldu və bir il sonra onu “Boohoo” brendi aldı.