Mercedes-Benz şirkəti Mercedes-AMG GT R superkarına və AMG markasının 50 illik yubileyinə həsr edilmiş və məhdud sayda buraxılacaq velosiped seriyasını təqdim edib.
Şosserin qiyməti 7109 avro (14218 manat) təyin edilibdir ki, bu da Mercedes-AMG GT R superkarının Nürburqrinqdə göstərdiyi zamanı – 7 dəqiqə 10,9 saniyəni tərənnüm edir. R.S2 Limited Edition Beast of the Green Hill adlandırılan velosipedin əsasını karbondan hazırlanmış rama təşkil edir. Velosipedin oturacağı, oturacaqaltı oxu, sükan çıxışı, 29-düymlük Crankbrothers təkər diskləri və şüşə tutqacı da karbondan hazırlanıb. Velosiped Shimano Dura Ace komponentləri və Continental Grand Prix 4000 yarış şinləri ilə təchiz edəcəkdirlər.
Velosipedin istehsalı alman Rotwild şirkətinə həvalə edilib. Cəmi 50 ədəd R.S2 Limited Edition Beast of the Green Hill velosipedi buraxılacaqdır.
Xatırladaq ki, bu ilin yazında hiperkar istehsalçısı olan Bugatti şirkəti alman PG firması ilə birlikdə buraxdığı karbon velosipedi təqdim etmişdi. 95 faiz karbondan hazırlanan və xüsusi sükan amortizatoruna malik olan velosipedin qiyməti 39 min dollar təşkil edir.
©autograph
402729 243530An fascinating discussion is worth comment. I think that you should write far more on this subject, it may not be a taboo subject but typically individuals are not enough to speak on such topics. Towards the next. Cheers 332180