103 illik Peugeot avtomobili 7 milyon 260 min dollara satılıb

Date:

Paylaş:

Bonhams hərrac evinin keçirdiyi hərracda dünyada ən bahalı fransız avtomobili olan 1914-ci ilin Peugeot L45 Grand Prix Two-Seater modeli satılıb. İndianapolisdə yarışan klassik yarış avtomobili 7 milyon 260 min dollara satılıb.

Satışına bir milyon dollardan start verilən yarış avtomobili orijinal kuzovunu və güc qurğusunu qoruyub-saxlayıbdır. Peugeot L45 Grand Prix Two-Seater 112 at qüvvəsinə malik olan 4,5-litrlik dörd silindrli mühərrik ilə hərəkətə gəlir. Ehtimallara görə, bu L45 modelinin bizim günlərə qədər gəlib çatan iki nüsxəsindən biridir.

Yarış Peugeot L45 avtomobilin dörd sahibi olubdur: 1914-cü ildə avtomobili ehtiyat bolidi kimi saxlayan Peugeot şirkəti özü, 1916-cı ildə İndianapolisdə üçüncü yer tutmuş Ralf Malford, 1919-1920-ci illərdə yarışmış Art Klyayn və nəhayət 1949-cu ildə avtomobili öz kolleksiyasına qatan  amerikalı iş adamı Lindley Botsuell.

Avtomobili əldə edən Botsuell dərhal İndianapolis trekinə yollanaraq, onunla dörd dövrə vurmuşdur. Bu zaman avtomobilin ortalama sürəti 166 km/saat olub. Bundan sonra, 2003 və 2011-ci illədə Peugeot L45 Qodvud sürət festivalı çərçivəsində keçirilən yoxuşa çıxma yarışlarında iştirak edib. 2014-cü ildə L45 Pebbl-Biçdə keçirilən Zəriflik müsabiqəsinə qatılıb.

©autograph

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...