Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Mastercard 1 aprel tarixindən etibarən maliyyə direktorunun dəyişəcəyini açıqlayıb

Mastercard 1 aprel tarixindən etibarən maliyyə direktorunun dəyişəcəyini açıqlayıb

223
Paylaş

Mastercard Inc maliyyə direktoru olan Martina Hund-Mejean, 10 ildən artıq tutduğu vəzifəsindən ayrılacaq.

“1 aprel tarixindən etibarən maliyyə direktoru vəzifəsini Sachin Mehra icra edəcək”, – mənbədə qeyd olunur.

Mehra 2010-cu ildən başlayaraq Mastercard-da işə başlamışdır. Əvvəllər Hess Corporation, General Motors və Nyu-York, Sinqapur, Belçika və Şanxay şəhərlərində GMAC maliyyə sahələrində vəzifələr tutub.

Mastercard Inc. – dünyanın ən böyük ödəmə sistemlərindən birinin operatorudur. Bu ödəniş sistemi vasitəsilə həyata keçirilən əməliyyatların sayı ildə 22 milyarddan çoxdur. 31 dekabr tarixinə şirkət 2,5 milyard Mastercard və Maestro kartlarını buraxıb.