Dünyanı dəyişən biznes-ideyalar

Date:

Paylaş:

Biznes yaratmaq üçün bir çox ideyalar var. Müasir dövrdə demək olar ki, hər bir şey artıq icad olunub. Tamamilə yeni bir şey yaratmaq, o qədərdə asan iş deyil. Hər kəs başqa insanların icad etdiyi ideyalardan istifadə edir. Tarixə nəzər salaraq, bu istedadlı insanların ixtiralarını bir daha xatırlayaq.

  1. Raket mühərriki (1926)

Fizika müəllimi olan Robert Qudard, Herbert George Wells yazıçısının “Dünyalar döyüşü” əsərinin fanatı olmuşdur. Elm ilə məşğul olaraq, o, vaxtının mühüm hissəsini raket yanacağının öyrənilməsinə həsr edirdi. Robert Qudard, kosmosa uçuşların nə vaxtsa bəşəriyyət üçün əlçatan olacağına inanırdı. O, ilk raketini 1926-cı ildə işə salmaqda müvəffəq ola bilmişdir. Həmin raket maye yanacaqlı raket mühərriki ilə işləyirdi. Onun raketi havada cəmi 2,5 saniyə qalaraq 6  metr hündürlüyü fəth etsə də, bu onun ideyalarının düzgün olduğunu sübut etmişdir.

  1. Televiziya (1927)

Televiziyanın yaradılması işinə Philo Taylor 15 yaşında başlamışdır. Bu yaşda, o, uzaq məsafədən təsvirlərin elektron ötürülməsi sahəsində ilk layihəsini təqdim etmişdir. Bir neçə ildən sonra onun ağlına yeni bir ideya gəldi – optik məlumatları elektrik siqnala və əksinə çevirən xüsusi borular. Və nəhayət, 22 yaşında Philo Taylor elektron təsviri yaratmaqda müvəffəq ola bilmişdir. Bu, müasir televiziyanın əsasını qoydu.

  1. Penisillin (1928)

Tibb sahəsində ən güclü təsirə malik olan bu antibiotik, Alexander Fleming tərəfindən yaradılmışdır. O, həyatı boyu insanları dəhşətli infeksiyalardan qurtara biləcək preparat yaratmaq arzusunda olub. Bir gün Alexander Fleming masa üstündəki çirkli qaba diqqət etdi. Qabın içindəki kif, bakteriyaları məhv etmişdir. Beləliklə, Fleming, penisillin yaratmış oldu. Xatırladaq ki, bu ixtiraya görə alim Nobel mükafatına layiq görülmüşdü.

  1. Pocketbook (1935)

Britaniyalı nəşriyyatçı Allen Lane, bir dəfə belə bir problemlə üzləşdi – vağzaldakı qatar gecikdiyi zaman, o, etməyə bir şey tapa bilmirdi. Yaxınlıqda yerləşən mağazalardan oxumaq üçün nə isə ala bilərsiniz, lakin çox vaxt bu ya ağır kitablar, ya da lazımsız şəkillərlə dolu jurnallar olur. Həmin an Lane-nin ağlına bir ideya gəldi  – vağzallarda, dayanacaqlarda, hava limanlarında və s. kiçik kitablar satmaq lazımdır. Bir sözlə, onlar hətta cibə belə yerləşə biləcək ölçüdə olmalıdırlar. Allen Lane öz ideyasını Penguin Books nəşriyyatının köməyi ilə realizə edə bilmişdir.

  1. Musiqini uzun müddət oxumaq imkanına malik olan plastinkalar (1948)

Peter Goldmark, musiqini dinləməyi sevən adi bir mühəndis olmuşdur. Onu bu işdə qıcıqlandıran  əsas problem, plastinkalarda səsyazmaların çox qısa olması idi. Beləliklə, adi bir mühəndis ixtiraçıya çevrilmiş oldu: o plastinkaların yeni növünü yaratmaqda müvəffəq oldu. Onların sürəti dəqiqədə 33 dövr təşkil edirdi. Onların hazırlanmasında, Goldmark, vinil polimeri materialından istifadə etmişdir. Belə plastinkalar daha uzunömürlü və keyfiyyətli olurdu. Bu ixtira, musiqi sənayesinə çox güclü təsir göstərmişdir.

  1. Kardiostimulyator (1958)

Milyonlara insanın həyatını xilas edən bu cihaz, təsadüf nəticəsində yaradılmışdır. Mühəndis Wilson Greatbatch, ürək səslərini yazan tranzistor üzərində çalışırdı.  Bir anda, o,  qurğunun içərisinə təsadüfən bir rezistor qoydu və cihazın ürək ritminə tamamilə uyğun bir ritm meydana gətirməyə başladığını fərq etdi. Wilson başa düşdü ki, bu cihaz insan ürəyinin işini idarə edə biləcək. Bir çox təcrübə keçirdikdən sonra, kardiostimulyatorlar insanların həyatını xilas etməyə başladı.

  1. Modem (1979)

Əgər modem olmasaydı, internet də olmazdı. Müasir həyatı internetsiz təsəvvür etmək çətindir. İlk modem Hayes Microcomputer Products şirkəti tərəfindən Apple II kompüteri üçün buraxılmışdı. Bu modem saniyədə 300 bit sürəti ilə işləyirdi. Müqayisə üçün xatırladaq ki, müasir modemlərin sürəti saniyədə milyonlarla bit təşkil edir.

  1. World Wide Web (1990)

İlk veb-brauzer Tim Berners-Lee proqramçısı tərəfindən yaradılıb. Proqramın quruluşu olduqca çox sadə idi. Buna baxmayaraq, artıq 1993-cü ildən bəri bu proqram təminatı ictimaiyyətin irsidir.

  1. Wi-Fi (1996)

Məlumatların kabelsiz mübadiləsi imkanı, dünyaya mühəndis John O’Sulivan tərəfindən təqdim edildi. Onun ixtirası sayəsində müxtəlif texnikalar “hava ilə” məlumat mübadiləsini həyata keçirərək,  bir-biri ilə “ünsiyyət qura bilib”. 2002-ci ildə Wi-Fi cihazlarının aktiv satışı başlandı – il ərzində satışlar 280 milyon dollara çatdı. İndi demək olar ki, hər bir addımda Wi-Fi şəbəkəsi var.

  1. Facebook (2004)

Dünyanı dəyişən ideyalar sırasına bu sosial şəbəkənin ixtirasını əlavə etməsək, ədalətsizlik olar. Mark Zuckerbreq, Harvarddakı dostları ilə birgə “üzlər kitabı” nı yaratmışdı və ilk başlarda, bu, universitet daxili şəbəkə idi. İki ildən sonra (2006) şəbəkə hər bir internet istifadəçisi üçün əlçatan oldu. Həmin dövrdən başlayaraq, sosial şəbəkələrin sayı tez-tez artmağa başladı. Buna baxmayaraq, yalnız Zuckerberq 23 yaşında milyarder ola bilmişdir.

 

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...