Lisenziyalaşdırılmış məhsulların satışları “Maşa və ayı” cizgi filmini ərsəyə gətirən “Анимаккорд” studiyasına 2018-ci ildə 330 milyon dollar qazandırıb. Bunu License Global jurnalı hesablayıb. Bu, rus şirkətini Disneyin başçılıq etdiyi dünyanın ən iri lisenziyaçıları reytinqində dörd addım irəli çəkərək 91-ci yerə gətirib.
Keçən ilin 280 milyon dollar gəliri ilə müqayisədə bu ilki göstərici 327,3 milyon dollar olub.
Studiyanın əsas məhsulu sayılan “Maşa və ayı” cizgi filmi dünyanın mindən çox ölkəsində yayımlanır.
2019-cu ilin yanvarında “Анимаккорд” biznesin şaxələndirilməsi və lisenziyalaşdırılmış beynəlxalq şirkətə çevrilməsi barədə xəbər verib. Global License bildirir ki, 2019 və 2020-ci illərdə studiya “Maşa və ayı”nı Asiya bazarına, həmçinin, Çin və Yaponiyaya çıxarmağı düşünür.