iPhone 11 smartfonlarının yeni seriyası sentyabrın sonuna on gün qalmış çıxacaq.
Bu barədə SoftBank Mobile-in prezidenti Ken Miyauchi keçən rüb üzrə işlərin nəticələrinə həsr olunmuş mətbuat-konfransında bildirb.
Yeni Apple iPhone smartfonları sentyabrın 20-si satışa buraxılacaq.
Bu məlumat Yaponiyada oktyabrın birindən qüvvəyə minəcək yeni telekommunikasiya qanununun müzakirəsi əsnasında səslənib.
İlkin məlumatlara görə Apple 10 sentyabrda smartfonların elanına həsr olunan mətbuat konfransı keçirəcək, ilkin sifarişlər isə 13 sentyabrda başlayacaq. Artıq sentyabrın 20-də alıcılar iPhone 11-i əldə edə biləcəklər.