Əsas səhifə Xəbərlər Digər xəbərlər “Maşa və Ayı” Ginnes rekordçusu olub – VİDEO

“Maşa və Ayı” Ginnes rekordçusu olub – VİDEO

243

Rusiyanın dünyaca məşhur “Maşa və Ayı” cizgi filminin “Maşa + Kaşa” adlı seriyası “YouTube”un ən populyar animasiya çarxı kimi Ginnessin Dünya rekordları kitabına düşüb.

“Bizplus.az” xəbər verir ki, bu barədə “Animakkord” studiyasının mətbuat xidməti məlumat yayıb.

Sözügedən epizod videoportala hələ 2012-ci ildə yüklənib. Həmin vaxtdan bəri cizgi filmi 3,4 milyard baxış sayı qazanıb. “Maşa + Kaşa” “YouTube” tarixində ən çox izlənilən beş videodan biridir.

Qeyd edək ki, çoxseriyalı cizgi filmi 2009-cu ildə təqdim olunub. Animasiya 36 dilə tərcümə edilib, dünyanın 100-dən çox ölkəsində yayımlanıb. “Maşa və Ayı” cizgi filminin bütün seriyalarına ümumi baxış sayı “YouTube”da 42 milyardı ötür.

<iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/KYniUCGPGLs” frameborder=”0″ allow=”accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture” allowfullscreen></iframe>

Rəy bildir

Please enter your comment!
Please enter your name here